Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Rublun dəyərini itirməsi Azərbaycana da təsirsiz ötüşməyəcək"

 

“Azərbaycana üç istiqmətdə ciddi təsir gözlənilir”

"Xeberinfo.com":  Məlumata görə, bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli rublun dəyərdən düşməsinin Azərbaycana göstərə biləcəyi mümkün təsirlərindən danışarkən deyib.   İqtisadçı bidirib ki, rubl dəyərini kəskin itirdikcə bu, daha çox Rusiyadan gələn gəlirlər hesabına dolanan azərbaycanlı ailələrinin sosial rifahını aşağı salacaq:   “Rublun gün-gündən dəyərdən düşməsi Azərbaycana üç istiqamətdə təsir göstərəcək. İlk təsir ondan ibarətdir ki, Azərbaycan Dövlət Neft Fondunun yığımlarının, kiçik də olsa, bir hissəsi rublda yerləşdirilib. Təqribən yığımların 5 faizə yaxını rubl və lirədə saxlanılır. Dünyada rubl və lirə hazırda ən çox dəyər itirən valyutalardan biridir. Yəni rublun get-gedə daha da dəyərini itirməsi fondun az həcmdə də olsa bu valyutada yerləşdirilmiş yığımlarına təsir edəcək. İkinci istiqamət ondan ibarətdir ki, Rusiyada Neft Fondunun daşınmaz əmlak bazarında aktivliyi və bu bazara yatırımları var. Bu aktivlərin dəyərdən düşməsi baş verəcək. Üçüncü istiqamət isə Rusiyada yaşayan azərbaycanlılarla bağlıdır ki, gəlirlər azaldıqca, iqtisadi vəziyyət çətinləşdikcə və rubl dəyərdən düşdükcə, onların Azərbaycana göndərdikləri vəsaitin həcmi də kəskin azalacaq. Bu isə Azərbaycanda yaşayan və Rusiyadan gələn gəlirlərlə dolanan ailələrin sosial vəziyyətinə, alıcılıq qabiliyyətinə və həyat şəraitinə ciddi təsir göstərəcək”.  

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam