Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Rusiyada vəziyyətin pisləşməsi Azərbaycan iqtisadiyyatına mənfi təsir göstərir”

 

Neft 40 dollara qədər düşərsə, manat 20% ucuzlaşa bilər

"Xeberinfo.com":  Dünya bazarında neftin qiymətinin aşağı düşməsi ilə paralel olaraq Rusiya rublu öz dəyərini itirməkdə davam edir. Rusiyalı ekspertlər hesab edirlər ki, ilin sonuna qədər rubl ciddi şəkildə öz dəyərini itirəcək. Digər tərəfdən Çində böyük iqtisadi böhran başlayıb. Ekspertlər Çindəki böhranı  1929-cu ildə ABŞ-da baş verən böhranla müqayisə edirlər. 
Bəs Rusiyada və Çindəki iqtisadi böhran Azərbaycan iqtisadiyyatına nə qədər təsir edə bilər? Və iqtisadi böhran davam edərsə, ilin sonuna qədər manat öz dəyərini nə qədər itirə bilər?
İqtisadçı Samir Əliyev bu mövzuyla bağlı fikirlərini PİA.AZ əməkdaşı ilə bölüşüb. 
“Əgər bugün də rubl ucuzlaşarsa, bu Azərbaycan bazarına təsir edəcək, ixracımızı çətinləşdirəcək və rəqabət qabiliyyətini azaldacaq”
Samir Əliyevin fikrincə, Rusiyada iqtisadi böhranın yaşanması Azərbaycandan təsirsiz ötüşmür:
“Biz müşahidə etdik ki, keçən il Rusiyada yaranan böhran Azərbaycana öz təsirini göstərdi.  Rusiyada xeyli sayda azərbaycanlı işləyir. Onların sayı təxmini hesablamalara görə, 2 milyon nəfərdir və il ərzində Azərbaycana 2-3 milyard dollar həcmində maliyyə  göndərirlər. İlk növbədə əsas təsir bu oldu ki, qazanıb göndərdikləri bu  vəsaitlərin həcmi xeyli dərəcədə azaldı. Bu daha çox bizim regionlara təsir göstərdi. Çünki regionlarda olan insanlar Rusiyaya iş dalınca daha çox gedirlər. Digər təsir daşınmaz əmlakda özünü göstərdi.  Belə ki, Rusiyada rublun ucuzlaşması daşınmaz əmlakın ucuzlaşmasına təsir etdi və Rusiyada yaşayan vətəndaşlarımız Azərbaycandakı daşınmaz əmlakını satıb, Rusiyada daşınmaz əmlak almağa başladılar. Eyni zamanda Rusiyada malların daha çox ucuz qiymətə satılmasına imkan yaratdı. Bu isə bizim Rusiyaya ixracımıza problem yaratdı. Çünki rubl ucuzlaşanda avtomatik olaraq Azərbaycandan Rusiyaya gedən mallar baha başa gəlir. Söhbət qeyri-neft sektorundan gedir. Əgər bugün də rubl ucuzlaşarsa, bu Azərbaycan bazarına təsir edəcək, ixracımızı çətinləşdirəcək və rəqabət qabiliyyətini azaldacaq. Rusiyada vəziyyətin pisləşməsi Azərbaycan iqtisadiyyatına  mənfi təsir göstərir.  

 “ Ola bilsin ki, fevral ayıdakı kimi kəskin devalvasiyada gözlənilsin”.

Neft ucuzlaşarsa,  devalvasiyanın olacağını hesab edən iqtisadçı Samir Əliyevin fikrincə, manatın dəyəri neftdən asılı olaraq dəyişə bilər:
“Əgər iqtisadi böhran davam edərsə, onun manata təsiri Mərkəzi bankın qərarından asılı olan məsələdir. Belə olarsa, ciddi dəyişiklik gözlənilmir. Çünki manatın taleyi neftdən asılıdır. Neft indiki səviyyədə qalarsa, ən azı seçkilərə qədər ciddi dəyişiklik olmayacaq. Əgər neft normadan aşağı, 40 dollara düşərsə,  düşünürəm ki, manatın ucuzlaşmasını görəcəyik. Ən azı yumşaq devalvasiya olacaq. Ola bilsin ki, fevral ayıdakı kimi kəskin devalvasiyada gözlənilsin. Neft 40 dollara qədər düşərsə, manatın 20% ucuzlaşmasını istisna etmirəm”

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam