Redaktor seçimi
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
Günün xəbəri

Rövnəq Abdullayev: "Biz Türkiyənin ikinci ən böyük qaz tədarükçüsünə çevrilmək əzmindəyik"

Avropanın yeni qaz təchizatçısı olmaqla bərabər, biz qardaş Türkiyənin də ikinci ən böyük qaz tədarükçüsünə çevrilmək əzmindəyik.

Yenixeber.org: Türkiyənin Edirnə şəhərinin İpsala qəsəbəsində keçirilən TANAP-ın II hissəsinin açılış mərasimində SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib.

İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, iki qardaş dövlət - Türkiyə və Azərbaycan arasında iqtisadi münasibətləri daha da gücləndirmək, strateji sərmayələrlə dəstəkləmək üçün üzərinə önəmli vəzifələr götürən SOCAR Ümummilli liderimiz Heydər Əliyevin tarixi kəlamını - “Bir millət, iki dövlət” kəlamını həyata keçirdiyi projelərlə doğrultmaqdadır.

Bu gün biz belə layihələrdən birinin, Azərbaycan qazını Avropaya nəql edəcək TANAP kəmərinin ikinci hissəsinin açılış mərasiminə toplaşmışıq. Bu mərasim əməkdaşlığımızın uğurlarını bir daha dünyanın gözləri önündə sərgiləyir. Dörd il bundan əvvəl dövlət başçılarımız TANAP-ın inşasına dair tarixi qərar qəbul etdilər. Bu, qərara əsasən SOCAR-a böyük etimad göstərilərək, TANAP-ın inşaasını həyata keçirtmək kimi şərəfli bir vəzifə tapşırıldı. Qarşıya qoyulan vəzifəni layiqincə yerinə yetirmək üçün göstərdiyimiz gərgin səylər öz nəticəsini verib. Keçən il Cənub Qaz Dəhlizinin və onun əsas həlqəsi olan TANAP-ın birinci hissəsini istifadəyə verdik. Artıq bu kəmər vasitəsi ilə Türkiyə bazarına 3,2 milyard kubmetrdən çox qaz nəql olunub”. 

O qeyd edib ki, TANAP Avropaya qazın nəqli üçün tam hazırdır və Türkiyənin şərqindən qərbinədək uzanan bu tarixi kommunikasiya xəttinin tikintisi vaxtında və keyfiyyətlə başa çatdırılıb. “Türkiyə-Yunanıstan sərhədində TANAP-la birləşəcək Trans Adriatik qaz boru kəmərinin də inşası tamamlandıqdan sonra, tarixdə ilk dəfə olaraq, Azərbaycanın təbii qazı Xəzər hövzəsindən Avropa bazarlarına birbaşa nəql olunacaq. Avropanın yeni qaz təchizatçısı olmaqla bərabər, biz qardaş Türkiyənin də ikinci ən böyük qaz tədarükçüsünə çevrilmək əzmindəyik. Biz ortaq şirkətlərlə birlikdə üzərimizə götürdüyümüz bu nəhəng TANAP layihəsini layiqincə yerinə yetirə bildik. SOCAR olaraq ölkə xaricində ilk dəfə bu cür mürəkkəb layihəni idarə etməyimizə baxmayaraq, tikinti işlərini yüksək səmərə ilə tamamlaya bildik.

Layihəni qiymətləndirən Beynəlxalq məsləhətçi şirkətlərin proqnozlaşdırdığı qiymətdən daha aşağı qiymətə tikintini başa vurmağa, kəmərin səhmdarları olan Azərbaycan və Türkiyə dövlətlərinin, eləcə də BP-nin vəsaitlərinə qənaət etməyə nail olduq",- deyə o vurğulayıb. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam