Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Azərbaycan-Rusiya İşgüzar Şurasının ümumi yığıncağı keçirilib –Bakıda

Bakı Biznes Mərkəzində Azərbaycan-Rusiya İşgüzar Şurasının ümumi yığıncağı keçirilib.

Yenixeber.org: İqtisadiyyat Nazirliyinə istinadla xəbər verir ki, tədbirdə 2019-cu ilin birinci yarısının yekunları ilə bağlı hesabat verilib. Bildirilib ki, cari ilin yanvar-iyun aylarında İşgüzar Şura tərəfindən “Qida məhsulları və kənd təsərrüfatı”, “Sertifikasiya və gömrük prosedurları”, “Logistika” komissiyalarının ümumilikdə 6 iclası keçirilib. Bu iclaslarda sahibkarlar üçün bir sıra aktual məsələlərə dair Azərbaycan və Rusiya dövlət qurumları ilə birgə iş aparılıb.

Bundan əlavə, hesabat dövründə Rusiya-Azərbaycan İşgüzar Şurası, “İşgüzar Rusiya”, Rusiya İxrac Mərkəzi və digər tərəfdaş təşkilatlarla birgə tədbirlər təşkil olunub. Azərbaycan-Rusiya İşgüzar Şurası “Azərbaycan Respublikası investisiya layihələrinin həyata keçirilməsi yolunda: “Qazprombank”ın imkanları” mövzusunda biznes seminarın, həmçinin Rusiyanın sənaye müəssisələrinin biznes missiyasının həmtəşkilatçısı və Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində iki ölkənin iş adamları arasında təşkil olunmuş Azərbaycan-Rusiya biznes dialoqunun təşkilatçısı kimi çıxış edib.

İclasda cari ilin ikinci yarısı üçün qarşıda duran vəzifələrə dair müzakirələr aparılıb, işgüzar şuranın sənaye, kənd təsərrüfatı və tikinti sahəsi ilə yanaşı, turizm, maliyyə, IT və iqtisadiyyatın digər sahələrində fəaliyyətinin genişləndirilməsi istiqamətində atılacaq addımlar, həyata keçiriləcək tədbirlər diqqətə çatdırılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam