Redaktor seçimi
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Günün xəbəri

Yüksək keyfiyyətli -Azərbaycan karbamidinin ilk ixracı

Bu il mayın 25-də SOCAR-ın Sumqayıtda yerləşən Karbamid zavodundan kütləvi olaraq Azərbaycan karbamidinin ilk tədarükü başlayıb.

Yenixeber.org:  Karbamid "SOCAR Carbamide" zavodunda maşınlara yüklənir və gəmilərə yüklənmək üçün Hövsan beynəlxalq limanına göndərilir.

İyunun 5-də ilk Azərbaycan karbamidini daşıyan "Phobus" (00:50) və "Coral" gəmiləri limandan yola çıxıb.

SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi "Caspian EPC Company" şirkəti ilə birgə nəql ideyasının müəllifləridirlər, həmçinin əvvəldən axıradək logistika zənciri prosesini tənzimləyir və nəzarət edir.

İlk karbamidin alıcısı "Integral Petroleum" şirkətidir. Treydinq və logistika şirkəti olan "Integral Petroleum" 2008-ci ildə İsveçrənin Cenevrə şəhərində yaradılıb. Hazırda o, Qafqaz-Xəzər regionu, Mərkəzi Asiya və Mərkəzi Amerika ölkələri bazarlarında fəal iş görür.

Həmçinin nəql layihəsində Hövsan beynəlxalq limanının operatoru olan "Global Transport Partners Company" şirkəti, SOCAR və "Integral Petroleum" arasında sürveyer şirkəti olan "SGS" şirkəti, karbamidin fasiləsiz nəqli və yüklənməsi üçün yük maşınları verən "166 Yükdaşıma və Logistika" şirkəti iştirak edib.

"Integral Petroleum" şirkəti öz məktubunda bütün layihə iştirakçılarına minnətdarlığını bildirib və Azərbaycan karbamidinin yüksək keyfiyyətdə olduğunu qeyd edib.

Sumqayıt kimya sənaye parkında inşa edilən SOCAR-ın Karbamid zavodu 16 yanvar 2019-cu il tarixində istifadəyə verilib. Zavod ildə 650-660 min ton karbamid istehsal etmək qabiliyyətindədir. İstehsal həcminin təqribən 70 faizi ixrac üçün nəzərdə tutulub ki, bu da ölkəyə illik 160 milyon dollara qədər həcmdə əlavə gəlirin daxil olmasına imkan verəcək.Karbamid zavodu hazırda ölkənin qeyri-neft sektorunda reallaşdırılan ən iri layihədir, onun ümumi dəyəri təqribən 800 milyon avro təşkil edir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam