Redaktor seçimi
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
Günün xəbəri

Azərbaycandakı əməliyyatlar üçün yeni qurğular alınır -Kanada şirkəti

Azərbaycanın quruda yerləşən "Muradxanlı-Cəfərli-Zərdab” neft yataqları blokunun işlənməsi ilə məşğul olan Kanadanın “Zenith Energy” şirkəti London Birjasında yeni səhm yerləşdirilməsini başa çatdırıb, bu barədə şirkət məlumat yayıb.

Yenixeber.org:  “Zenith” hər biri 0,028 funt sterqlinq dəyərində 14 334 602 səhm yerləşdirib.

Şirkət əldə olunan vəsaiti yeni avadanlıqların alınmasına yönəldəcək. Yeni avadanlıqların mayın sonuna çatdırılması gözlənilir. Qurğular quraşdırıldıqdan sonra “Cəfərli” yatağında 37 saylı quyuda qazma işlərinə başlanılacaq.

Bundan başqa, bildirilib ki, quyunun dərinləşdirilməsi əməliyyatları üçün tender proseduru yekunlaşıb.

Qeyd edək ki, "Muradxanlı-Cəfərli-Zərdab” neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında (PSA) saziş 2016-cı il martın 16-da Bakıda SOCAR və “Zenith Aran Oil Company Ltd.” şirkətləri arasında imzalanıb. Saziş Azərbaycan Milli Məclisi tərəfindən iyunun 14-də ratifikasiya olunub. Yataqlardan hasilat avqustun 11-də başlanıb.

“Zenith” şirkəti 80%-lik, bütünlükdə SOCAR-a məxsus ortaq neft şirkəti isə 20%-lik iştirak payına malikdir. Saziş 25 il müddətində qüvvədə olacaq, sazişin əlavə olaraq 5 il uzadılması ehtimalı da nəzərə alınıb. Yataqların ümumi sahəsi 642,4 kv. km ərazini əhatə edir. (Report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam