Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

“Gələn il qlobal bazarda neftə tələbat rekord həddə çatacaq”

opec_170216

Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) 2017-ci ildə dünyada neftə gündəlik tələbatın 0,09 mln. barel artaraq rekord həddə – 95,41 mln. barel/gün olacağını proqnozlaşdırır.

Xeberinfo.com:  “RİA-Novosti” agentliyinə istinadən xəbərə görə, bu barədə təşkilatın avqust ayı üzrə açıqladığı hesabatında qeyd olunub.

OPEC həmçinin, 2016-cı il üzrə dünyada neftə gündəlik tələbatın 0,09 mln. barel artaraq 94,26 mln. barel olacağını hesab edir.
Dünya bazarına maye karbohidrogenlərin çatdırılmasına gəlincə, ilin II rübündə 1,06 mln. barel/gün, illik isə 0,3 mln. barel/gün azalaraq orta göstərici 94,6 mln. barel/gün olub.
OPEC üzvü olmayan ölkələrdən neft tədarükü isə 2016-cı il üzrə gözlənildiyi kimi 0,79 mln. barel/gün azalaraq 56,13 mln. barel/günə qədər olacaq.
OPEC neftinə 2017-ci ildə tələbat 1,2 mln. barel/gün artaraq 33 mln.barelədək olacaq. Bu il isə göstərici ötən ildən 1,9 mln. barel artaraq gündəlik 31,9 mln.barel olacağı gözlənilir. Hər iki göstərici üzrə əvvəlki proqnoz dəyişməyib.
İlkin məlumata görə, dünya üzrə neft hasilatı iyun ayına nisbətən iyulda 240 min barel/gün arataraq 95,14 mln. barel/gün olub. OPEC üzvü olmayan ölkələrdə gündəlik 0,2 mln. barel, OPEC ölkələrində isə 46 min barel artıb.
OPEC-ə üzv olmayan ölkələrdə neft hasilatına və kəşfiyyatına xərclərin azaldılması I yarımildə hasilatın illik müqayisədə 0,5 mln. barel/gün azalmasına səbəb olub.
Təşkilatın hesabatına görə, nəhəng neft-qaz şirkətlərinin geoloji kəşfiyyat və hasilata 2016-ci ildə xərcləri 20% azalaraq 135 mlrd. dollar olacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam