Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Bu il 132,581 hektarda pambıq əkilib

    

Bu il 132,581 hektarda pambıq əkilib
Bu il Azərbaycanda 22 rayonunda ümumilikdə 132,581 hektar ərazidə pambıq əkini aparılıb.
Yenixeber.org: Kənd Təsərrüfatı Nazirliyindən  verilən xəbərə görə, ən çox pambıq Saatlırayonunda əkilib (15,815 ha). Ölkə üzrə 9 min hektardan çox pambıq əkilmiş rayonların sayı 7-dir. Saatlı rayonu ilə yanaşı İmişli (13,645 ha), Sabirabad (13,055 ha), Biləsuvar (12,022 ha), Ağcabədi (9,946 ha), Bərdə (9,630 ha) və Beyləqanda (9,560 ha) 9 min hektardan artıq sahədə pambıq əkini aparılıb. Ölkə üzrə pambıq əkinlərinin 2/3 hissəsi bu rayonların payına düşür.

Qeyd olunub ki, pambıq əkilmiş 22 rayon üzrə ən az əkin Cəlilabad (507 ha) və Samux (400 ha) rayonlarında aparılıb. Pambıq yığımına hazırlıqla əlaqədar “Aqrolizinq” ASC-nin regional nümayəndəliklərində mexanizatorlar üçün təlim kursları təşkil olunub. Kursları bitirən mexanizatorlara sertifikat verilib və onların pambıq yığımına cəlb olunmasıl nəzərdə tutulur. Pambıq yığımı ərəfəsində ölkə üzrə 353 pambıqyığan kombayn var. “Aqrolizinq” tərəfindən ölkəyə Hollandiya istehsalı olan daha 50 ədəd pambıqyığan kombaynın gətirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, dövlət emal müəssisələrinə təhvil verilmiş pambığın hər kiloqramına görə fermerə 10 qəpik subsidiya verir. Sentyabrın 19-da Prezident İlham Əliyevin tövsiyə tapşırığı əsasında Kənd Təsərrüfatı Nazirliyinin, İqtisadiyyat Nazirliyinin məsul işçilərinin iştirakı ilə pambıq istehsalı və emalı ilə məşğul olan şirkət rəhbərləri ilə görüşü keçirilib. Görüşdə pambıq əkən fermerlərin məhsul istehsalına, yığımına həvəsləndirilməsi və onların maddi rifahının daha da yüksəldilməsi məqsədilə pambığın növlər üzrə mövcud alış qiymətlərinin hər ton üçün 50 manat artırılaraq 2018-ci ilin məhsulu üçün aşağıdakı kimi müəyyənləşdirilməsi barədə razılıq əldə edilib.

Pambığın hər tonunun alış qiymətinin 50 manat artırılması nəticəsində pambıq istehsalı ilə məşğul olan fermerlərin əlavə olaraq 12 milyon manatdan çox qazanc əldə etməsi gözlənilir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam