Redaktor seçimi
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
Günün xəbəri

Pambıq yığımına start verilib-Füzulidə -(fotolar)

  Yenixeber.org: Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yerlərdə kənd təsərrüfatının inkişaf etdirilməsi, yerli istehsalın artırılması, əhalinin məşğulluğunun yüksəldilməsi ilə bağlı tapşırıqlarından biri də bölgələrdə pambıqçılığın inkişaf etdirilməsidir. Ölkə başçısının tapşırıq və tövsiyyələrinə uyğun olaraq bu il Füzuli rayonunda 2100 ha ərazidə pambıq əkilmişdir. Əkilmiş pambıq sahələrinin 630 hektarı Azərpambıq MMC ilə, 1330 hektarı P-Aqro MMC ilə müqavilə əsasında, 139,4 hektarı isə fərdi qaydada əklimişdir.

Rayonun işğaldan azad olunmuş ərazisində əkilmiş pambıq sahələrinə lazımı aqrotexniki qulluq göstərilib, mineral gübrələr verilib, vaxtlı-vaxtında suvarma suyu ilə təmin edilib. Pambıq sahələrinə göstərilmiş lazımi aqrotexniki qulluq nəticəsində tarlalarda bol məhsul yetişdirilib. Artıq Füzuli rayonunda pambıq yığımına start verilib.

Havaların əlverişli keçməsi pambıq sahələrindən məhsulun tez və itkisiz yığımasına şərait yaradır. Rayon ərazisində əkilmiş 2100 ha sahədən füzulili pambıq istehsalçıları tərəfindən 4000 tondan artıq məhsul yığılması gözlənilir. Bu da keçən illə müqayisədə 2 dəfə çox məhsul deməkdir. Pambıq əkilmiş sahələrdən hər hektardan orta hesabla 20, 25 sentner məhsul yığılması planlaşdırılır.

Rayonda pambıq əsasən pambıqyığan kombaynlar və əl əməyindən istifadə edilməklə yığılır. İnsanların məşğulluğunun təmin edilməsi, onların maddi rifah hallarının yaxşılaşdırılması üçün daha çox əl əməyinə üstünlük verilir ki, bu işə də minlərlə rayon sakini cəlb edilir.

Rayonun pambıq istehsalçıları yığdıqları məhsulu Horadiz şəhərindəki və Beyləqan rayonunda yerləşən pambıq qəbulu məntəqələrinə təhvil verilrlər.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam