![](https://report.az/storage/news/2165fd7938f2feaeb93a566594fd1ea0/4733f399-cebb-4aa6-b3d5-4a3369993437_292.jpg)
Yenixeber.org: Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,12 dollar və yaxud 0,15% azalıb.
"Azeri LT CIF" markalı neftin qiyməti 79,50 dollar/barelə bərabər olub.
Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.