Redaktor seçimi
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Günün xəbəri

Dollar enir, məhsullar ucuzlaşacaqmı? –Ekspertdən açıqlama

natiq-ceferli

"Dolların rəsmi məzənnəsinin 1,8251 manata qədər ucuzlaşması, qiymətlərə təsir etməyəcək”.

Xeberinfo.com:   Bunu iqtisadçı Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, ucuzlaşmanın təsirsiz ötüşməsinin səbəbi bu gün bazarda olan malların əvvəlki məzənnə ilə alınmasıdır: 

"Hərracda rəsmi məzənnə 1,8251 oldu. Görürəm ki, ərzaq və qeyri-ərzaq qiymətlərinin də ucuzlaşması gözləntiləri yaranıb. Amma biznes belə çevik deyil. Məzənnənin qiymətlərə o dəqiqə təsiri olmur, ola da bilməz. Çünki biznes özünü sığortalayır, müqavilələr öncədən bağlanılır. Bu gün bazarda olan mallar əvvəlcədən alınıb. Bəlkə də, 1,90-1,95 dəhlizi olarkən valyuta ilə ödənişlər edilib. Ona görə də məzənnənin qiymətlərə təsiri olmayacaq".

İqtisadçının sözlərinə görə, obyektiv olan bu səbəblərə görə fevralın sonu, martın əvvəli valyutaya təlabat artacaq:

"Birincisi, büdcə xərcləri, büdcədən maliyyələşən investisiyalar üçün vəsaitin ayrılması indi başlayacaq;

İkincisi, Novruz bayramında ölkəyə idxal artacaq;

Üçüncüsü, bayramlarda ölkədən səfərə gedənlərin sayında kəskin artım olacaq”.

İqtisadçı qeyd edib ki, bu gün hərracda təklif olunan valyutanın həcmi dəyişməyib, bu, 35 milyon dollar olub: 

"Həftədə 2 dəfə hərrac olur, 70 mln. dollar satılır. Bu da aya 280 mln. dollar edir. Bu templə dollar satışı davam etsə, ilə 3,4 milyard dollar vəsait edir. Ölkənin isə il ərzində valyuta təlabatı, təqribən, 10-11 milyard dollardır. Yəni görünən odur ki, nə məzənnəni aşağı hədlərdə saxlamağa, nə də dar həcmdə valyuta satışını davam etdirməyə imkan və resurs var”.

Natiq Cəfərli bildirib ki, indi Mərkəzi Bankın əsas hədəfi məzənnənin sabitləşdirilməsi olmalıdır: 

"Bəlli dəhlizdə məzənnə sabitləşməsə, bu, bank sektoruna da, ticarətə də ciddi mənfi təsir edəcək. Mərkəzi Bank sərt pul siyasəti ilə manatın dövriyyəsini də xeyli azaldıb, manat kütləsinin həcmi 2 dəfədən çox aşağı düşüb. Bu addım məzənnəyə, inflyasiyaya müsbət təsir göstərsə də, ticarət dövriyyəsinə, iqtisadi aktivliyə ciddi zərbə vurur”.

Sonda iqtisadçı bildirib ki, aktivliyin azalması iş yerlərinin itirilməsinə, əhalinin gəlirlərinin azalmasına səbəb olur: "Orta və uzun bir vaxt müddətində bu addım ölkəyə məzənnənin özündən daha çox ziyan vuracaq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam