Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

"Manatın liberal üzən məzənnəyə keçməsi ehtimalı yüksəkdir" -EKSPERT

120200176616

Gələn il Rusiya və Qazaxıstanda olduğu kimi Mərkəzi Bank mövcud məzənnə siyasətindən istifadə edib liberal üzən siyasətə keçməsi ehtimalı kifayət qədər yüksəkdir, deyə iqtisadçı Vüqar Bayramov hesab edir.

Xeberinfo.com:  Ekspert Facebook səhifəsində yazıb ki, bu halda isə, hətta neft fondunun mövcud transferləri də manatın ucuzlaşmasının qarşısını ala bilməyəcək.

Onun sözlərinə görə, neftin dünya bazar qiymət hətta 60 dollara çatsa da belə bu manatın möhkəmlənməsi üçün yetərli deyil.

V.Bayramov qeyd edib ki, manatın məzənnəsi üçün neftin qiyməti ilə yanaşı, Dövlət Neft Fondundan xərcləmlər səviyyəsi olduqca vacibdir. Çünki manatın taleyini artıq daha çox Mərkəzi Bankın intervensaiyası deyil, Neft Fondunun hərraca çıxardığı dollarların məbləği müəyyənləşdirir.

«Bu ilin 9 ayında 4 milyard dollar satan fond həmin müddətdə cəmi 3 milyard 823 milyon manat xərcləyib. Həmin müddətdə manatın dollara orta məzənnəsini nəzərə aldıqda bu o deməkdir ki, sözügedən dövrdə fondda orta hesabla 2 milyard 440 milyon manat milli valyuta artıqlığı olub. Təbii ki, fond belə manat artıqlığı prinsipi ilə uzun müddət hərraclara çıxa bilməz və bu sözügedən qurumun strategiyasına da tam uyğun gəlmir», deyə V. Bayramov hesab edir.

Onun fikrincə, dövlət xərcləmələri və neft fondunun dollar satışı manatın məzənnəsi üçün yaxın illərdə əsas amil olacaq.

Ekspert qeyd edir ki, Ehtiyatlarının 75 faizini itirən Mərkəzi Bank 4 milyard dollarlıq rezervi ilə artıq prosesə birbaşa müdaxilə etməkdə maraqlı görünmür.

“Deməli, neftin indiki qiymət artımları Azərbaycanda dollara olan tələbi azaltmayacaq və təbii ki, bu kontekstdən manatın məzənnəsinin möhkəmlənməsi real deyil”, deyə o hesab edir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam