Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Mərkəzi Bank dollarlarını "qurban" verdi - ajiotaj səngiyir

Mərkəzi Bank dollarlarını qurban verdi - ajiotaj səngiyir...

 

Milli valyuta olan manatla bağlı ajiotaj aradan qalxmaqdadır.
Xeberinfo.com:  Bildirilir ki, artıq “qara bazar”da dolların qiyməti bir qədər ucuzlaşaraq bankların satış qiymətinə yaxınlaşıb. Həmçinin hərrarca 300 milyon dolların çıxarılaraq banklara satıldığı da bildirilir. 
 
Qeyd edilir ki, bankların ehtiyacı isə 340 milyon dollar civarında olub. Banklar isə dollar və avro satışına qoyduqları qadağanı qismən götürüblər. Mətbuata ötürülən məlumatlarda isə limitin aradan qaldırıldığı bildirilir.
Ekspert Əkrəm Həsənov nəsələ ilə bağlı musavat.com-a bildirib ki, ən azı bir neçə bank artıq dollar satır: “Amma məhdudiyyətlə satırlar. Belə bir elan gedir ki, guya məhdudiyyətsizdir, amma elə deyil. Vəziyyət son həftələrdəki kimi gərgin də deyil, ajiotaj səngiyir. Bildirilir ki, 300 milyon dollar bazara çıxarılıb. 200 milyonu Neft Fondu, 100 milyonu Mərkəzi Bank çıxarıb. Mərkəzi Bankın verdiyi məlumata görə, bankların tələbi guya 330-340 milyon olub. Onlar isə 300 milyon çıxarıb. Təbii, bu məlumata istinad yoxdur. Banklar hərraca sifariş üçün gələndə onları istədiyi məbləği yazmağa qoymurlar, az məbləğ göstər deyirlər. Ona görə Mərkəzi Bank çıxıb deyəndə ki, tələb 330 milyon olub, biz də 300 milyon dollar satmışıq, bu, daha çox ona oxşayır ki, piardır. İctimaiyyəti sakitləşdirməkdir. Aydın məsələdir ki, bankların dollara olan tələbatı qat-qat çoxdur. Amma əvvəlki günlərdən daha azdır. Əvvəlki günlər deyirdilər ki, haradasa söhbət bir milyarddan gedir, bankların tələbatı bu qədərdir. Amma şübhəsiz ki, son günlər “qara bazar”ın hesabına həmin tələbin bir hissəsi ödənildi. Artıq tələbat bir milyard deyil, azdır. “Qara bazarı” yaradanlar, son həftələrdəki vəziyyəti törədənlər məhz ona görə etdilər ki, banklar dollar satmasın, hamı gəlsin “qara bazara” və dolları baha alsın. İndi həmin şəxslər, hansılar ki, “qara bazar”da 1,85-dən dollar satırdılar, indi əldə etdikləri manatla da 1,70-ə gedib dollar alırlar. Təbii ki, onlar uddular. Amma buna baxmayaraq, müəyyən tələbat qalıb”. 
Ekspertin sözlərinə görə, vəziyyətin bu cür cərəyan etməsi müsbətdir: “Prinsipcə, son həftələrdə proqnoz verirdim ki, iki haldan biri baş verəcək, ya devalvasiya olacaq, ya da indiki kursla satış davam edəcəkdi. Amma mən demişdim ki, bu da çox davam edə bilməz. Çünki devalvasiya qaçılmazdır. Sadəcə indi valyutanın alınması hesabına bir müddət məzənnəni saxlayacaqlar. İndi nisbətən asan oldu, əhalinin dollarının bir hissəsini əlindən aldılar. Bir müddət ehtimal edirəm ki, bu ajiotaj aradan qalxacaq. İstənilən halda, problem tam həll edilmədi. Buna görə də tədricən manatın ucuzlaşması davam edəcək”. 
Ə.Həsənov vurğulayıb ki, bankların dollara olan ehtiyacı tam ödənilməyib: “İndi bu həftəni bununla bağladılar. Qarşıdan bayram günləri gəlir, bunu etməyə məcbur idilər. Qurban bayramı münasibəti ilə Mərkəzi Bank dollarlarının bir qismini qurban verdi. Gələn həftə də yenə dollar satışa çıxaracaq. Çünki dollara tələbat qalıb. Çalışacaqlar ki, ajiotajın qarşısı alınsın. Son həftələr baş verənlərdə əsas məsələ o idi ki, kimlərsə “qara bazar”dan qazansınlar. “Qara bazar”ın sahibləri külli miqdarda qazanc əldə etdi. Təsəvvür edin ki, 1,85 məzənnəsi ilə 100 milyon dollar satan 185 milyon manat əldə edib. İndi də həmin pulla bankdan 1,7 məzənnə ilə təxminən 109 milyon dollar alacaq. Xalis gəliri 9 milyon dollardır. Həmin dollarla nə edəcək? Növbəti dollar qıtlığını gözləyib daha da çox qazanacaq”.
Ekspert həmçinin rəsmi məzənnə barədə də bildirib ki, dollar banklara rəsmi məzənnədən də baha satılır: “Banklarımız dollar satmır. Bunu başqa cür də demək olar: banklarımız manat almır. Çünki müştəri üçün manat müqabilində dollar alışı bank üçün dollar müqabilində manat alışıdır. Eyni ilə Mərkəzi Bankın da tələbata uyğun banklara dollar satmamasını belə ifadə etmək olar: Mərkəzi Bank ona təklif olunan manatın hamısını almır. Əgər bankları hardasa başa düşmək olarsa ki, dolları azdır, ümumiyyətlə sahibkar olaraq hər hansı əqdi bağlayıb-bağlamamqda sərbəstdir, Mərkəzi Bankın bu mövqeyini başa düşmək mümkün deyil. Çünki Konstitusiyamızın 19-cu maddəsinə əsasən pul nişanlarının tədavülə buraxılması və tədavüldən çıxarılması hüququ yalnız Mərkəzi Banka mənsubdur. Yəni manat Mərkəzi Bankın buraxdığı əşyadır, maldır, əmtəədir. Nə qədər istəyir, o qədər də buraxır. Buna görə də qiymətini də özü müəyyən edir. Həmin qiymət o cümlədən xarici valyutalara nisbətdə rəsmi məzənnədir. Yəni Mərkəzi Bank deyirsə ki, 1 dollar 1,6403 manatdır, deməli, elan edir ki, 1,6403 manatı 1 dollara almağa hazırdır. Hüquqda buna “ümumi oferta”, yəni “ümumi təklif” deyilir. Mülki Məcəlləmizin 408.7-ci maddəsində nəzərdə tutulub: “Əgər müqavilənin bütün mühüm şərtlərini əks etdirən təklifdən onu irəli sürmüş şəxsin təklifdə göstərilmiş şərtlər ilə müqaviləni cavab verən istənilən şəxslə bağlamaq iradəsi aydın görünürsə, belə təklif ümumi oferta sayılır”. Təsəvvür edin ki, satıcı kartofun üstündə qiymətini yazıb ki, 1 kiloqram 1 manatdır. Amma alıcılar gələndə deyir ki, satmıram. Mərkəzi Banka gəldikdə isə məsələ bundan da absurddur. Belə ki, Mərkəzi Bank öz buraxdığı manatı elan etdiyi rəsmi məzənnə ilə almaq istəmirsə, deməli, bunu əlverişsiz hesab edir. Əlverişsiz hesab edirsə, deməli, manatın həqiqi dəyəri elan edildiyindən aşağıdır. Bir sözlə, rəsmi məzənnənin heç bir mənası yoxdur, Elman Rüstəmovun manatın üzərindəki imzasının mənası kimi. Həm hüquqi, həm də mənəvi cəhətdən imza edən imzasının arxasında durmalıdır. Sözünün də arxasında durmalıdır. Amma Rüstəmov nə ötən ilki devalvasiyalar qabağı verdiyi sözünü tutdu, nə imzasının arxasında durur, nə də elan etdiyi qiymətlə manatı almır. Manatı buraxana manat lazım deyilsə, başqalarından nə gözləmək olar? Manatı buraxan dolayısı ilə onun rəsmi məzənnəsinə etimad etmirsə, başqaları necə etimad etsin? Belə şəraitdə “qara bazar” necə yaranmasın? Həmin bazar bilavasitə Mərkəzi Bankın hərəkəti nəticəsində yaranıb, kim bilir, bəlkə də istəyi ilə...”
Ekspertin sözlərinə görə, keçirilən hərraclarda da banklara dollar rəsmi məzənnədən də bir qədər baha satılıb: “Bunun rəsmi əsasını tapa bilmədim. Amma eşitdiyimə görə, üstünə 0,0041 də gəlirlər. Yəni Mərkəzi Bank 1,6403 elan edibsə, əslində 1,6444-lə satır. Adını da qoyur ki, guya bu, hərracın dəhlizidir, nə bilim nədir. Tələb təklifdən azı 10 dəfə çoxdursa, nə hərrac, nə dəhliz..?”

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam