Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

“Qara bazar”da dollar satışı dayandırıldı

dollar

 

Bankların valyuta alışını dayandırması valyuta bazarında və “qara bazar”da ciddi ajiotaj yaradıb.

Xeberinfo.com:  Bu gün “Amrahbank”ın rəsmi surətdə dollar almaqdan imtina etməsi vəziyyəti bir qədər də gərginləşdirib. 

Bu gün “qara bazar”da dollar satışı dayandırılıb. Mənbənin məlumatına görə, müəyyən miqdarda alış həyata keçirilsə də valyuta satılmayıb. Bu da vətəndaşların, xüsusilə, idxalla məşğul olan iş adamlarının işini  çətinləşdirib. 

Onu da deyək ki,  bu gün iqtisadçı ekspert Vüqar Bayramov “qara bazar”ın ləğvini gündəmə gətirib: 

“Mərkəzi Bank valyuta dəyişmə məntəqələrin ləğvini məhz “qara bazar”ın aradan qaldırılması üçün etmişdi. Amma bu qərar tam əksinə olaraq “qara bazar”ın bir az genişlənməsinə səbəb oldu. Kommersiya bankları dollar satışını məhdudlaşdırıb. Amma apardığımız monitorinqlər göstərir ki, “qara bazar”dakı dolların əksəriyyəti kommersiya banklarından gəlir. Çünki “qara bazar”ın özü dollar almaq imkanına malik deyil. Kommersiya banklarının özləri də əhaliyə dollar satmağa maraqlı deyil. Bu səbəbdən banklar dolları daha yüksək məbləğdə “qara bazar” vasitəsilə vətəndaşlara satır”.

Ekspert bildirib ki, hər bir kommersiya bankına görə rəsmi dollar statusunun müəyyənləşdirilməsinə ehtiyac var. 

 

“Onun hərracda alınan dollarla müqayisə edilməsinə ehtiyac var ki, “qara bazar” yaranmasın. Çünki vətəndaş dolları bankdan almalıdır. Ölkəyə gələn turistin “qara bazar”dan xəbəri yoxdur. O, bankdan dollar almaq istəsə də, bunu edə bilmir. Buna görə də “qara bazar”ın ləğvi vacibdir. Orada saxta dolların satılması və vətəndaşın aldadılması riski də  yüksəkdir. “Qara bazar” qanunla tənzimlənmir. Amma kommersiya bankları onun fəaliyyətinin davam etməsində olduqca maraqlıdır. Çünki banklar dollar satmadığı halda vətəndaş oradan dollar almaq məcburiyyətində qalacaq”. (fins.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam