Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Dollara tələbat fantastik həddə çatdı

dollar-manat

 

Ekspertlərə görə, Mərkəzi Bank artıq xarici valyutaya olan tələbatı ödəmək iqtidarında deyil

Xeberinfo.com:  Azərbaycan Mərkəzi Bankı (AMB) vasitəsilə dünən keçirilən növbəti valyuta hərracında Dövlət Neft Fondunun satışa çıxardığı valyuta kütləsinin həcmi 100 mln. dollar təşkil edib.

AMB-nin məlumatına görə, hərracda iştirak edən kommersiya banklarının faktiki tələbatı təqdim edilən həcmdən təxminən 3 dəfə çox olub və 290 mln dollara bərabər olub.

Artıq bununla neçənci hərracdır ki, MB xarici valyutaya olan tələbatı ödəyə bilmir. Bundan əvvəldə keçirilən hərraclarda valyutaya olan tələbat 20 faiz ödənib. Bəs bu cür artımın səbəbi nədir? Axı rəsmilər hərracların ilk günündə dollara olan tələbatın çox cüzi olduğunu bəyan edirdi. Vurğulanırdı ki, hərraca çıxarılan 200 milyon vəsaitin yalnız 10 və ya 20 faizi banklar tərəfindən alınıb. Bəs, o zaman dəyişən nədir? Nəyə görə hazırda hərraclarda bankların tələbatı yalnız 20, ən yaxşı halda 30 faiz ödənir.

nemet-eliyev1

Iqtisadçı Nemət Əliyevin fikrincə, xarici valyataya tələbat həmişə yüksək olub. Sadəcə olaraq ikinci devalvasiyadan sonra təşkil olunan hərraclarda belə təəssürat yaradılırdı ki, guya tələbat tam formada ödənilib. Amma, N.Əliyevin sözlərinə görə, elə həmin zamanlarda da bazara çıxarılan valyuta yetərli olmayıb. Yalan informasiyanın verilməsində məqsəd isə insanları çaşdırmaq olub: “Bəlkə də, on milyon dollar satmışıq bəyan edən zaman hərraca heç 200 milyon çıxarmayıbmış. Ölkədə hazırda valyuta qıtlığı yaşanır. Mərkəzi Bankın valyuta ehtiyatları tükənmək üzrədir. Düşünürəm ki, artıq anlayırlar, bu cür oyunlar oynamaq risklidir. Çünki milləti, baş verənlərdən başı çıxan ekspertləri aldatmaq Mərkəzi Banka başucalığı gətirmir”.

N.Əliyevin sözlərinə görə, baş verənlər göstərir ki, MB artıq xarici valyutaya olan tələbatı ödəmək iqtidarında deyil. Valyutaya olan tələbatın ödənilməməsinin isə ölkəyə idxal mallarının qarşısını alacağını deyən N.Əliyev vurğuladı ki, yanvarda 60 faizə yaxın idxalda azalma bunu təsdiq edir: “Idxalın daha da azalması isə əhalinin ərzaq məhsullarına və digər məhsullara olan tələbatının qarşılanmasını çətinləşdirəcək. Mal qıtlığının yaşanması təhlükəsi hər an reallaşmaqdadır. Tələbin çox böyük sürətlə təklifi üstələməsi üçün meydan yaranıb. Bu isə eyni zamanda qiymətlərin sürətlə bahalaşmasına səbəb olacaq”.

N.Əliyevin sözlərinə görə, qəbul olunan qərarlar nəticəsində Azərbaycan hiperinflyasiya üçün yetişdirilir. “Mərkəzi Bankın həyata keçirdiyi bu siyasət iqtisadiyyatı uçuruma, sosial həyatın dağılmasına aparır. Yaranmış vəziyyətdə hökumət gərəkən addımları atmaq gücündə görünmür.nə qədər çətin olsa da, hökumət bütün fəaliyyətini bu istiqamətə kökləməlidir”.

N.Əliyev hesab edir ki, hökumət korrupsiyaya, dövlət strukturlarında cinayətkar əməllərə son qoymalı və gərəkən bütün addımları atmalıdır. “Maliyyə vəsaitlərinin səmərəli istifadəsinə nail olunmalıdır. Bu addımlar atılmalıdır ki, cinayətkar əməllərlə məşğul olanlar bu əməllərdən əl götürsünlər. Eyni zamanda təcili şəkildə ixrac yönümlü fəaliyyət və daxili istehsalın stimullaşdırılması fonunda gərəkən real addımlar atılmalıdır”, deyə N.Əliyev vurğuladı.

Azadliq.info 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam