Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Mərkəzi Bank dollar çatdıra bilmir – Tələbat 28% ödənilib

dollar manat merkezi bank kredit

 

“Azərbaycan Mərkəzi Bankının (AMB) bu gün keçirdiyi valyuta hərracında kommersiya banklarının ABŞ dollarına faktiki tələbatı əvvəlki hərraca nisbətən 28 mln. dollar və ya 11% azalaraq təxminən 215 mln. dollar təşkil edib. Bankların dollara olan tələbatının bu dərəcədə yüksək olmasına baxmayaraq, AMB bugünkü hərracda cəmi 60 mln. dollarlıq valyuta kütləsi satıb və faktiki olaraq real tələbatı 28% səviyyəsində təmin edib”, – “Report” məlumatlı mənbələrə istinadən yazır.

 

Xeberinfo.com:  Qeyd edək ki, bundan öncə, fevralın 26-də keçirilən əvvəlki hərracda kommersiya banklarının valyutaya faktiki tələbatı 243 mln. dollar olsa da, AMB bunun yalnız 20,6%-ni (50 mln. dollar) təmin edib. Bu səbəbdən fevralın 29-na dolların rəsmi məzənnəsi 1,5655 AZN/USD müəyyən edilib ki, bu da gündəlik 0,20% artım deməkdir. Fevralın 26-də isə rəsmi məzənnə 1,5624 AZN/USD olub.
Ehtimal olunur ki, AMB artıq yumşaq devalvasiya siyasətinə başlayıb və sabah, martın 1-nə məzənnənin əvvəlki günlərdə olduğu kimi təxminən 0,2-0,3% artaraq 1,5690-1,5700 AZN/USD olacağı proqnozlaşdırılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam