Redaktor seçimi
Bu kadrı Zaur Mikayılovun adından sui-istifadə edir?! -
Saleh Məmmədovun oliqarx işçisi - Bəhruz Lalayev iş adamıdır, yoxsa dövlət işçisi? -
Məmur İntiqam Məmmədovun “topdağıtmaz” sərvəti -
Balababa Rzayevi niyə “tok vurdu”?! –
Azərbaycan Dövlət Aqrar Universiteti rektorun özəl hissləri ilə idarə olunur – 
Cavid Qurbanovun əmisi oğlu niyə ölkədən qaçıb?! -
Gəncə şəhər stadionunun tikintisi mərhum nazirin oğlunun iş ortağına tapşırılıb -
Ağsuda dövlətin pulu küçələrin işıqlandırılması adı ilə “qaranlığa qərq olur” –
Günün xəbəri

Dollara tələb 600 milyona qalxdı

dollar-hesablar-donduAzərbaycan Dövlət Neft Fondu (ARDNF) tərəfindən bu gün keçirilən valyuta hərracına çıxarılan 50 milyon ABŞ dollarına kommersiya bankları tərəfindən 12 dəfə çox, yəni 600 milyon dollar həcmində sifariş irəli sürülüb. 

Xeberinfo.com:   Amma yayılmış rəsmi məlumata görə, bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 50 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılmış, bu vəsaitdən 46 milyon ABŞ dolları məbləğində vəsait 25 banka satılmışdır.

Bank dairələrindən verilən xəbərə görə, valyutaya tələbin getdikcə azalacağı ehtimal edilir. Buna səbəb kimi isə dolların məzənnəsinin yüksəlməsi fonunda valyuta hərracında iştirak üçün banklara daha çox manat kütləsinin tələb olunması ilə bağlıdır. Yəni, banklar getdikcə daha çox manat ödəyərək zəruri valyutaya sahib ola biləcək.

Manat kütləsinin azalması öz növbəsində iqtisadi fəallığı aşağı salacaq. Bu mənfi tendensiyanın dayanması üçün isə valyuta qıtlığının aradan qaldırılması lazımdır. Valyuta qıtlığının aradan qaldırılması isə ARDNF valyuta hərracına çıxardığı məbləği artırmalıdır. Əks halda, valyuta qıtlığı “qara bazar”ın daha da çiçəklənməsinə gətirib çıxaracaq. Çünki, idxal əməliyyatları üçün Azərbaycanın cari vəziyyətdə həftəlik 156 milyon dollara ehtiyacı var. Belə ki, bu ilin ilk 7 ayı ərzində Azərbaycan 4 milyard 757 milyon dollar həcmində idxal həyata keçirib ki, bu da ən yaxşı halda (qeyd edək ki, sentyabrdan etibarən iqtisadi aktivliyin artdığı dövrə daxil oluruq) ilin sonuna idxalın məcmu həcminin 8,2 milyard dollara çatacağını göstərir. Bazara isə həftəlik 100 milyon dolları çıxarılır. Yəni, 50-60 milyon dollarlıq kəsir yaranır.

Bura həm də əhalinin lisenziyası ləğv olunan banklardan geri aldığı əmanətlərin dollara çevrilməsi amili əlavə olunduqda, tələb daha da artır. Çünki əhaliyə ödəniləcək kompensasiyanın təxminən 600 mln. manat və ya bugünkü məzənnə ilə 370 mln. dollar təşkil edir ki, bunu da həftələrə bölüb əlavə etdikdə həftəlik ödənilməyən valyuta tələbatı 70 mln. dollara yaxınlaşır.

Analitiklər hesab edirlər ki, hazırda valyuta qıtlığının aradan qaldırılmaması və yumşaq devalvasiyanın keçirilməsi məhz idxalın həcminin bir miqdar azaldılmasına nail olmaq məqsədi güdür: “Çünki, neft qiymətlərinin gələcəkdə azalması ehtimalı diqqətə alındıqda, tədiyyə balansının kəsirinin minimuma endirilməsi üçün indidən zəruri tədbirlər görülməlidir. Məhz bu səbəbdən dolların rəsmi məzənnəsini 2,00 AZN/USD-yə doğru hərəkət edəcəyini proqnozlaşdırırıq”.

Sabah Dollar qalxacaq?

Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 50 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılmış, bu vəsaitdən 46 milyon ABŞ dolları məbləğində vəsait 25 banka satılmışdır.

“Marja”nın bank sektorundan əldə etdiyi məlumata görə, hərracda bankların dollara tələbi 600 milyon dollardan çox olub. Belə yüksək tələbə qarşı hərraca çıxarılan 50 milyon dollardan 46 milyon dollarının satılması, banklardan birinin tələb yazmasına baxmayaraq, hesabında Manat olmaması ilə bağlı olub.

Sabaha olan USD/AZN rəsmi məzənnəsinin 1.6245-ə qalxacağı gözlənilir. Bu gün USD/AZN məzənnəsi 1.6204 səviyəsində elan olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam