Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bir gündə 93 milyon dollar satıldı

 

Keçən həftənin cümə günü, noyabrın 6-dan etibarən Azərbaycanda yenidən xarici valyutaya tələbat artıb.

Xeberinfo.com:  Məlumata görə, xarici valyutaya tələbatın artmasına səbəb ABŞ-da açıqlanan işsizlik rəqəmlərinin gözlənildiyindən çox yaxşı olmasıdır. Belə ki, 180 min nəfər səviyyəsində proqnozlaşdırılan yeni iş yerlərinin sayı faktiki 271 min olub. Bu göstəricinin açıqlanmasından sonra ABŞ Federal Ehtiyat Sisteminin (FES) dekabrda uçot dərəcəsini artırması ehtimalı yüksəldiyindən, dünya bazarında dollara tələb artıb. Beynəlxalq valyuta bazarlarında avronun məzənnəsi 1,07 USD/EUR-ya kimi geriləyib.

Azərbaycan Mərkəzi Bankı (AMB) dünya bazarına paralel olaraq və bivalyuta məzənnə siyasətinə əsaslanaraq dolların məzənnəsini yüksəltməyə, avronun məzənnəsini isə endirməyə başlayıb.

Dolların daha da yüksələcəyini proqnozlaşdıran əhali yenidən çox güclü olmasa da, valyuta alışını artırıb. Nəticədə, dolların valyutadəyişmə məntəqələrinə satış məzənnəsi 1,0535-1,0580 AZN/USD-yə yüksəlib.

Dünən isə valyuta siyasətində dəyişiklik olub və AMB hər iki valyutanın, həm dollar, həm də avronun məzənnəsini artırıb. Bu siyasət bir neçə gün davam edərsə, artıq manatın yumşaq devalvasiyasına start verildiyini demək olar. Mərkəzi Bank dünən valyuta bazarında 93,9 mln. dollarlıq intervensiya həyata keçirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam