Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Banklar 290 milyon istədilər, 100 milyon ala bildilər

 

Azərbaycan Mərkəzi Bankı (AMB) vasitəsilə bu gün keçirilən növbəti valyuta hərracında Dövlət Neft Fondunun satışa çıxardığı valyuta kütləsinin həcmi 100 mln. dollar təşkil edib, halbuki hərracda iştirak edən kommersiya banklarının faktiki tələbatı bundan təxminən 3 dəfə çox olub və təxminən 290 mln. dollar təşkil edib. 

 

Xeberinfo.com:   "Report" xəbər verir ki, bu səbəbdən martın 7-nə ölkədə rəsmi məzənnənin bu günə nisbətən 0,5% artaraq 1,6099 AZN/USD olması ehtimal edilir. 

Qeyd edək ki, belə olaracağı təqdirdə, Azərbaycanda dolların rəsmi məzənnəsi tarixi rekordunu yeniləyəcək. Belə ki, indiyədək dolların maksimal məzənnəsi yanvarın 25-də qeydə alınıb və 1,6054 AZN/USD olub. Yeni rekordun isə bundan 0,28% artıq olacağı gözlənilir.

"Report"un analitik qrupu hesab edir ki, martın 7-də növbəti valyuta hərracının baş tutacağı gözlənilir və hər hansı dəyişiklik baş verməsə, artıq martın 9-da rəsmi məzənnənin 1,6180 AZN/USD-yə çatacağı proqnozlaşdırılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam