Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

“Mərkəzi Bank “alovun üzərinə benzin tökmək”lə məşğuldur”

 

gubad_2016

 

Xeberinfo.com:   “Mərkəzi Bank uçot dərəcəsini qaldırıb, faiz dəhlizinin parametrlərini dəyişib. Bununla da hesab edir ki, manatla yığımları artırmala və inflyasiyanı sabitləşdirməklə son nəticədə manatın sabitliyini davam etdirəcək. Hələ Mərkəzi Bankın ehtiyatlarının yüksək olduğu, bankların tənzimləmə vasitələrinin güclü, pul kredit siyasətinin təsirli olduğu dövrlərdə də uçot dərəcəsinin simvolik xarakter daşıdığını nəzərə alaraq, indiki qərarın təsirlərini şərh etməyə də bilərdik”. Bunu iqtisadçı Qubad İbadoğlu bildirib.
Qubad İbadoğlunun sözlərinə görə, hazırkı həsas məqamda bunun yalnış anlaşılmaması və çaşğınlıq yaratmaması üçün qəbul edilmiş qərar barədə fikirlərimi bölüşüb: “Əvvala qeyd edim ki, normal münasibətər çərçivəsində buxovlayıcı monetar tədbir hesab olunan bu qərar dövriyyədəki pul kütləsini məhdudlaşdırmaq, faiz dərəcələrinin artırmaqla, investisiya fəallığını aşağı salır. Yəni, bizim nümunəmizdə hətta bu qərar təsirli olsa belə yersizdir, çünki, manatın məhdudlaşdırmaqla işgüzar fəallığa mənfi təsir göstərir. Buna isə əslində cağdaş Azərbaycan iqtisadiyyatının ehtiyacı yoxdur. Çünki hazırda onsuz da inzibati vasitələrlə manat qıtlğığ yaradan Mərkəzi Bank onsuz da investisiya mühitini pisləşdirib. Bu isə bohran dövründə “alovun üzərinə benzin tökmək”lə müqayisə oluna bilər. Hesab edirəm ki, Mərkəzi Bankın dövriyyədəki manat kütləsini məhdudlaşdıran siyasəti hazırkı dövrün tələblərinə cavab vermir və ölkədə onsuz müxtəlif xarici və daxili faktorlardan qaynaqlanan və əsasən də alıcılıq qabliyyətinin məhdudlaşdırılmasına gətirib çıxaran mövcud böhranın sosial fəsadlarını daha da sərtləşdirir, məcmu tələbi bir az məhdudlaşdırır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam