Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Banklar kart müştərilərini böyük sayda itirib

2017-ci ildə bankların kredi kartlarının sayı 379 min ədəd azalaraq 31 Dekabr 2016-cı il tarixində 631 min ədədə düşüb.
Xeberinfo.com:   Mərkəzi Bank xəbər verir ki, kredit kartlarının sayı 2015-ci ilin əvvəlindən bəri azalıb. Belə ki, 2015-ci ilin Yanvar ayının sonunda kredit kartlarının sayı 1 milyon 322 min ədədə çıxmışdı. Beləliklə, təxminən ötən 2 il ərzində kredit kartlarının sayı 2 dəfədən çox azalıb.
Ötən il 2015-ci ilin sonu ilə müqayisədə debet kartlarının sayı (əməkhaqqı, sosial və digər debet kartları) 53 min min ədəd artaraq 31 Dekabr 2016-cı il tarixinə 4 milyon 703 min ədədə çıxıb.
Ötən il debet kartlarından əməkhaqqı kartlarının sayı 101 min ədəd artaraq 2 milyon 552 min ədədə, sosial kartların sayı isə 54 min ədəd artaraq 1 milyon 521 min ədədə çatıb. Digər debet kartlarının sayı isə 102 min ədəd azalaraq 630 min ədədə düşüb. 2015-ci ilin ortalarında digər debet kartlarının sayı 900 min ədəd civarında idi.
Ötən il 2015-ci ilin sonu ilə müqayisədə Azərbaycanda cəmi ödəniş kartlarının sayı (debet və kredit kartlafı daxil) 325 min ədəd azalaraq 5 milyon 334 min ədədə düşüb. 2015-ci ilin əvvəlində cəmi kartların sayı 6 milyon ədəddən çox idi.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam