Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bank sektoru MDB-də 4-cü yerdədir

İlk üçlüyə isə Rusiya, Qazaxıstan və Ukrayna daxildir

 

Azərbaycan MDB məkanında bankların böyüklüyünə görə 4-cü sıradadır.

"Xeberinfo.com":   Məlumata görə, "Rossiya Seqodnya" media qrupuna daxil olan "RİA Reytinq" agentliyinin MDB ölkələrinin bankları üzrə apardığı növbəti araşdırmanın nəticələrinə əsasən, bu siyahıya Birlik dövlətlərinin 200 ən iri bankı daxil edilib. Əvvəlki illərdə olduğu kimi Rusiya reytinqdə ən çox sayda (60,5%) bankla təmsil olunub. Sonrakı yerləri Qazaxıstan (10,5%), Ukrayna (9,5%) və Azərbaycan (5%) tutub.

Qeyd edək ki, devalvasiya nəticəsində Rusiya 2014-cü ilin yekununda 2013-cü ilin nəticələri ilə müqayisədə reytinqdəki banklarının sayı azalaraq 130-dan 122-yə, Ukrayna üzrə isə 27-dən 18-ə düşüb. Bu səbəbdən, 2014-cü ilin yekununda bank aktivləri 100 mlrd. dollara yüksələn Qazaxıstan 84 mlrd. dollarlıq bank aktivləri olan Ukraynanı keçib və 2-ci sırada qərarlaşıb. Ekspertlər bildirir ki, Rusiya və Ukrayna banklarının sayının reytinq sıralamasında azalması bu ölkələrdə baş verən milli valyutanın devalvasiyası ilə bağlıdır. Belə ki, Rusiya rublu dollara qarşı 72%, Ukrayna qrivnası isə 2 dəfə zəifləyib.

Ümumiyyətlə, 2014-cü ilin yekunlarına görə, MDB məkanında məcmu bank aktivləri əvvəlki ilə nisbətən 21,3% azalaraq 1,7 trln. dollara düşüb. Bu isə dünyanın 10-cu ən böyük bankı olan "Credit Agricole"un aktivlərindən 200 mlrd. dollar azdır.

Agentlik qeyd edir ki, Rusiya və Ukrayna banklarının mövqelərini itirməsindən ən çox Azərbaycan faydalanıb. Reytinqdə Azərbaycan banklarının sayı 10-a yüksəlib və ölkə reytinq sıralamasında 4-cü pilləyə yüksəlib.

"Report" 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam