Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Neft və dolların taleyi necə olacaq –Diqqətlər okeanın o tayında

Əkrəm Həsənov: “Dolların möhkəmlənməsi xərclərini ancaq dollarla ödəyən ölkələr üçün risklər yaradır, bizdə vəziyyət başqadır”

Aleksandr Razuvayev: “FED-in monetar siyasətini sərtləşdirməsi neft bazarı üçün yaxşı heç nə vəd etmir”

Yenixeber.org: ABŞ-da artan inflyasiya ştatların tənzimləyicisi üçün seçim qoymur. Analitiklərin fikrincə, Federal Ehtiyat Sistemi (FED) bu ilin martında uçot dərəcəsini artıracaq və bu, inkişaf etməkdə olan ölkələrin valyuta məzənnələrinə təsir edəcək.

Ekspertlər hesab edirlər ki, FED uçot dərəcəsini üç mərhələdə - 0,75-1 faizədək artıra bilər. Beynəlxalq Valyuta Fondunun (BVF) idarəedici direktoru Kristalina Georgiyeva bildirib ki, FED-in baza dərəcəsinin proqnozlaşdırılan artımı qlobal iqtisadiyyatın artımına ciddi maneə ola bilər. Onun sözlərinə görə, dollarla ifadə olunmuş borcun səviyyəsi yüksək olan ölkələr faiz artımının ən ciddi nəticələri ilə üzləşə bilər, çünki onun saxlanması bahalaşacaq.

Rusiyalı maliyyəçilərin qənaətincə, intriqa ondan qaynaqlanır ki, ABŞ FED-in faiz dərəcəsini artırması rublun dollara nisbətdə ucuzlaşmasına səbəb ola bilər. Ümumiyyətlə, iqtisadçılar qeyd edirlər ki, ilin birinci yarısında FED-in monetar siyasətinin sərtləşdirilməsi gözləntiləri ilə əlaqədar olaraq, ilk növbədə Rusiya valyutasının məzənnəsini müəyyən edən kapitalın Rusiyadan axını sürətlənəcək. Ona görə də rubl artıq təzyiq altındadır.

Lakin Azərbaycan Mərkəzi Bankının (AMB) rəhbəri Elman Rüstəmovun sözlərinə görə, manat sabit qalacaq: “ABŞ Federal Ehtiyat Sisteminin qərarları ümumilikdə inkişaf etməkdə olan bazarlarda, xüsusən də kifayət qədər böyük xarici maliyyə axını olan bazarlarda problemlər yarada bilər. FED-in faiz dərəcələrini aşağı salması nəticəsində bu vəsaitlərin axını məntiqlidir. Amma ümumilikdə, Azərbaycana belə axınlar yoxdur, ona görə də hesab edirəm ki, bizə xüsusi təsir olmayacaq”.

Bank və maliyyə eksperti Əkrəm Həsənov da AMB rəhbərinin mövqeyi ilə razıdır. Onun şərhinə görə, bütün bunların Azərbaycanın maliyyə və valyuta bazarına faktiki olaraq heç bir təsiri olmayacaq: “FED-in hazırkı dərəcəsi aşağıdır. Nəticədə faiz dərəcələri aşağı olduğundan Azərbaycan Neft Fondunun və Mərkəzi Bankın aktivlərinin idarə olunmasından əldə olunan gəlirlər də o qədər çox deyil. İndiki vəziyyət bizim xeyrimizədir. Hətta neftin bahalaşmasına səbəb olan siyasi gərginlik də bizə sərf edir. Buna görə də hər şey yaxşıdır və yaxın gələcəkdə qorxacaq bir şey yoxdur”.

Mütəxəssis əmindir ki, FED-in uçot dərəcəsini artırması valyuta ehtiyatlarımıza xeyir verəcək: “ABŞ Mərkəzi Bankının əsas məzənnəsinin artırılması dolları gücləndirəcək və Azərbaycanın əsas ixrac resursu - neft ABŞ valyutası ilə satıldığı üçün bu, ölkəmiz üçün sərfəlidir. Belə olan halda neft kotirovkaları, bir qayda olaraq, qalxır. Dolların möhkəmlənməsi xərclərini ancaq dollarla ödəyən ölkələr üçün risklər yaradır, bizdə vəziyyət başqadır. Azərbaycanın gəlirləri ehtiyat valyutadadır və bu, ciddi üstünlükdür”.

Son zamanlar maliyyə dünyasının bütün diqqətləri FED-ə yönəlib. Dünyanın ən böyük investisiya banklarından biri olan “Goldman Sachs”, ABŞ Federal Ehtiyat Sisteminin 2022-ci ildə əsas faiz dərəcəsini dörd dəfə artıracağını proqnozlaşdırır. Mart, iyun, sentyabr və dekabr aylarında faiz artımının olacağı gözlənilir. Bundan əlavə, FED öz balansını azaltmağa iyul ayında və bəlkə də daha tez başlaya bilər. Pul siyasətinin proqnozlaşdırılan sərtləşdirilməsi yüksək inflyasiya və əmək bazarındakı vəziyyətlə əlaqələndirilir. Beləliklə, ABŞ-da pandemiyanın başlanğıcından bəri ilk dəfə işsizlik səviyyəsi 4 faizdən aşağı düşüb.

Rusiyalı iqtisadçı, Maliyyə Analitikləri və Risk Menecerləri Gildiyasının Müşahidə Şurasının üzvü Aleksandr Razuvayev bildirib ki, FED-in uçot dərəcəsini artırması həmişə dolların möhkəmlənməsi ilə nəticələnir ki, bu da birja və əmtəə bazarları üçün mənfi gedişat deməkdir: “Buna uyğun olaraq, FED-in monetar siyasətini sərtləşdirməsi neft bazarı üçün yaxşı heç nə vəd etmir. Qısa müddətdə neftin qiyməti bir neçə dollar ucuzlaşa bilər”.

“Amma neftin qiymətinin qalxmasının əsas səbəbi sərbəst pul kütləsinin artmasıdır, likvidlik bazara təzyiq göstərir. Ona görə də düşünürəm ki, ilin birinci yarısında rubl, ikinci yarısında isə neft bahalaşacaq. FED-in uçot dərəcəsini artırması bu tendensiyanın qarşısını almayacaq. Əminəm ki, biz cari ili “Brent” markalı neftin bir bareli üçün 100 dollardan yuxarı səviyyədə başa vuracağıq”, - deyə analitik vurğulayıb.

Razuvayevin də xatırlatdığı kimi, sonuncu dəfə belə bir qiymət 2013-cü ildə olub, baxmayaraq ki, indi və on il əvvəl bu məbləğ fərqli idi, çünki heç kim inflyasiyanı ləğv etməyib: “Neftin qiymətinin artması neft hasil edən ölkələrin - Rusiya, Qazaxıstan və Azərbaycanın büdcələri üçün yaxşı göstəricidir. Ona görə də xüsusilə narahat olmaq üçün əsaslar yoxdur”.(AYNA)

Tanya Samsonova

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam