Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Mərkəzi Bankdan banklara “qara kağız”

 

Ekspertlər bildirirlər ki, artıq banklar öz problemlərini özləri həll etməli olacaqlar, MB-nin valyuta ehtiyatları isə ən aşağı həddə düşüb...

"Xeberinfo.com":  Məlumata görə, ölkədə fəaliyyət göstərən bankların valyuta riskləri arta bilər. 
Mərkəzi Bankın müvəkkil banklara göndərdiyi məktubdan belə bir qənaətə gəlmək olar. Mərkəzi Bankın banklara göndərdiyi məktubda qeyd edilir ki, bu ilin sonunadək açıq valyuta mövqeyi limitləri tətbiq edilməyəcək. Başqa sözlə, bundan sonra Mərkəzi Bank bankların valyuta risklərini tənzimləməyəcək və onlara nəzarət etməyəcək.
Mütəxəssis Əkrəm Həsənovun fikrincə, Mərkəzi Bank artıq valyuta risklərini tənzimləməyə qadir deyil. Deməli, qiymətlərin sabitliyininin təmin edilməsinə nail ola bilməyən Mərkəzi Bank manatın və bank sisteminin gələcək taleyinə görə məsuliyyəti 1 il müddətinə təxirə salır. Bundan sonra bankların maliyyə risklərinə Mərkəzi Bank nəzarət etməyəcək. Yəni Mərkəzi Bank bankların maliyyə ilə bağlı addımlarına qarışmayacaq. 
Qeyd edək ki, açıq valyuta mövqeyi hər hansı valyutada tələblərin və öhdəliklərin fərqidir. Məsələn, bankın avroda borcu 10 milyon, verdiyi kreditlərin cəmi isə 8 mln-dur. Yaxud əksinə, borcu 8 mln, verdiyi kreditləri isə 10 mln. Hər iki halda fərq var və bu fərq bankın məzənnə riskidir. Mərkəzi Bank da bu fərqin maksimal həddini, yəni limitini müəyyən edir.
Mərkəzi Bank sözügedən limitləri “Banklar haqqında” Qanunun 34.1 və 34.2.11-ci maddələrinə əsasən müəyyən etməli, banklar da onlara riayət etməlidir. Yəni limitlərin müəyyən edilməsi Mərkəzi Bankın vəzifəsidir. 
Mərkəzi Bank hələ 2001-ci ildə “Azərbaycan Respublikası müvəkkil banklarının açıq valyuta mövqeyi limitlərinin müəyyən edilməsi və tənzimlənməsi Qaydaları”nı qəbul edib, Ədliyyə Nazirliyi də həmin Qaydaları dövlət qeydiyyatına alıb. 
Məsələ ilə bağlı Mərkəzi Bankın mətbuat xidməti ilə əlaqə saxladıq. Xidmətdən qeyri-iş günü olduğu üçün hər hansı bir məlumatın verilməyəcəyi bildirildi. Növbəti iş həftəsində bununla bağlı açıqlama veriləcəyi bildirilib. 
Ekspertlər isə bildirirlər ki, Mərkəzi Bankın valyuta ehtiyatları son 3 ayda ən aşağı həddə düşüb. Ekspert Samir Əliyevin sözlərinə görə, Mərkəzi Bank valyuta ehtiyatlarının martın 1-i tarixinə olan həcmini açıqlayıb: “Proqnozlaşdırıldığı kimi, azalma bu ay da davam edib. Fevral ayında ehtiyatın həcmi 13,2 faiz və ya 1,676 milyard dollar azalaraq 11 milyard dollara düşüb. Bu, son 33 ayda ən aşağı həddir. Sonuncu dəfə 2012-ci ilin may ayında ehtiyatın həcmi 10,89 milyard dollar olub”. 
Onun sözlərinə görə, Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları artıq 7-ci aydır azalma tendensiyası nümayiş etdirir: “Ötən ilin iyul ayında ehtiyatın həcmi özünü ən yüksək həddində olub- 15,2 milyard dollar. Sonrakı aylarda dünya bazarında neftin ucuzlaşması və Rusiyaya sanksiyaların tətbiq edilməsi səbəbindən azalma müşahidə edilib. Manatın sabitliyi üçün Mərkəzi Bank son üç ayda valyuta ehtiyatının 27 faizini itirib. Dekabr-fevral aylarında ehtiyat təxminən 4 milyard dollar azalıb”.
S.Əliyev qeyd edib ki, Mərkəzi Bankın valyuta azalmasına səbəb son dövrlər manata güclü təzyiqin olması fonunda devalvasiya gözləntilərinin yaratdığı panikadır: “Əhali kütləvi şəkildə dollar alışına girişməsi nəticəsində dollara tələbat artdı və Mərkəzi Bankın bazara intervensiyasını kəskin artırdı. Əgər proses belə davam etsəydi qısa müddətdə valyuta ehtiyatı ”əriyərdi". Çünki xüsusilə də yumşaq devalvasiya zamanı gündəlik intervensiyanın həcmi 500 milyon dollar olub. Hökumət kəskin devalvasiyaya getdikdən sonra intervensiya demək olar ki yox səviyyəsindədir. Buna görə də fikrimcə, növbəti aylarda Mərkəzi Bankın ehtiyatlarının kəskin azalması müşahidə edilməyəcək. Azalma tempi aşağı düşəcək. Hər bir halda hər şey dünya bazarında neftin qiymətinin dəyişmə istiqamətindən asılı olacaq". 
Onun sözlərinə görə, ehtiyatın azalmasına həm də valyuta ehtiyatına daxil edilən avronun ucuzlaşması da səbəb olub: “Ötən ay dollara münasibətdə avro 0,8 faiz ucuzlaşıb, funt sterlinq isə 2,5 faiz bahalaşıb. Funtun bahalaşmasına rəğmən Mərkəzi Bankın valyuta ehtiyatının ikinci ən çox paya malik avronun ucuzlaşması azalmanı şərtləndirib”.
Mərkəzi Bankın baş direktoru Rəşad Orucovun martın 5-də banklara göndərdiyi məktubu isə ekspertlər fərqli şəkildə dəyərləndiriblər. Ekspert Natiq Cəfərli meydan.tv-yə açıqlamasında bildirib ki, banklar öz problemlərini özləri həll etməli olacaqlar: “Mərkəzi Bankın məktubundan belə aydın olur ki, banklara valyuta ilə götürdükləri xarici öhdəliklərin artmasına görə riskləri öz üzərinə götürmək təklif olunur. Mərkəzi Bank anlayır ki, bankların problemləri artacaq, onların hamısına kömək etmək gücündə olmayacaq”.
Ekspert Qubad İbadoğlu isə qeyd edib ki, indiyədək MB müvəkkil bankların açıq valyuta mövqeyi üçün limitlər müəyyən  edirdi ki, valyuta risklərini tənzimləsin: “Bunun üçün 31 yanvar 2001-ci ildə müvafiq qaydalar da təsdiq etmişdi. Bu qaydalara görə, bankların valyutada olan tələbləri və öhdəliklərinin məbləğləri arasında, mübadilə məzənnəsinin əlverişsiz dəyişməsi şəraitində yaranan itkilərdən qaynaqlanan risklərin məhdudlaşdırılması məqsədilə limit tətbiq edilirdi. İndi həmin limitlər aradan qaldırılaraq, risklər bankların öz üzərinə qoyulur. Yəni bir növ Mərkəzi Bank mübadilə məzənnəsinin əlverişsiz dəyişməsi şəraitində yaranan itkilərə görə məsuliyyətdən özünü kənarlaşdırır”
Q.İbadoğlunun sözlərinə görə, bu riskləri düzgün idarə edə bilməyən bankların öhdəliklərində problem yarana bilər: “Sıradan da əmanətçilər və ya  bank özü kredit götürdükləri təşkilatlar qarşısında öhdəlikərini yerinə yetirmək üçün riskləri də özləri idarə etməlidirlər. Belə olan halda da mübadilə məzənnəsinin əlverişsiz dəyişməsi şəraitində yaranan riskləri düzgün  idarəetməyən banklarla borc verənlər arasında problemlər yarana bilər. Yəni başlı başın saxlasın”. (musavat.com)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam