Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Azərbaycanda -daha bir çempionat ləğv olunur

Həndbol üzrə kişi və qadınlar arasında Azərbaycan çempionatı vaxtından əvvəl yekunlaşa bilər.

Yenixeber.org: Bu barədə federasiyanın idman şöbəsinin müdiri İsgəndər Əsgərov məlumat verib. O bildirib ki, səbəb koronavirus pandemiyası ilə əlaqədar oyunların keçirildiyi "ABU Arena"nın uzun müddətdir bağlı olmasıdır. Əsgərov yekun qərarın karantin müddətinin bitəcəyi mayın 4-dən sonra qəbul ediləcəyini vurğulayıb.

Federasiya rəsmisinin sözlərinə görə, yarış erkən yekunlaşsa, "Azəryol" qadınlar, "Məhsul" isə kişilər arasında ölkə çempionu elan olunacaq. Çünki qadınların mübarizəsinin sonuna 3 tur qalmış "Azəryol" ən yaxın izləyicisi "Qarabağ"ı 6 xal qabaqlayır. "Azərsu" üçüncü, "İdman Akademiyası" dördüncü yerdədir. Kişilərin yarışında isə lider "Məhsul" sona 4 tur qalmış ən yaxın izləyicisi "Bakı"dan 4 xal öndədir. Bu iki komanda arasındakı ilk 3 dövrənin oyunlarında da "Məhsul" qalib gəlib. "Təhsil" üçüncü, U-18 dördüncüdür.

Əksər ölkələrdə çempionatların ləğv olunduğunu xatırladan Əsgərov Avropa kuboklarından yalnız Çempionlar Liqasının "4-lər finalı" formatında davam etdirilməsinin mümkünlüyünə diqqət çəkib. Lakin federasiya rəsmisi bu yarışın aqibətinə iyunda aydınlıq gələcəyini və ən yaxşı halda dekabrda baş tuta biləcəyini əlavə edib.

Qeyd edək ki, daha əvvəl basketbol üzrə Azərbaycan Super Liqası dayandırılıb və "Zirə Astara" çempion elan olunub. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam