Bakı-2017:Voleybol yarışlarına start verilir
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında yarışların 4-cü günü başlayır.
Yenixeber.org: Məlumata görə, bu gün kişi və qadın həndbolçulardan ibarət komandalar arasında qrup oyunlarına yekun vurulacaq.
Azərbaycanın qadınlardan ibarət yığması Türkiyə, kişilərdən ibarət millisi isə Əlcəzairlə qarşılaşacaq.
TƏQVİM:
09:00 - 10:35 |
Kişilər Komanda Qrup oyunu B2-B3 (Mərakeş - İraq) |
11:15 - 12:50 |
Kişilər Komanda Qrup oyunu A2-A3 (Səudiyyə Ərəbistanı - Pakistan) |
13:30 - 15:05 |
Qadınlar Komanda Qrup oyunu A4-A2 (Özbəkistan - Kamerun) |
15:45 - 17:20 |
Qadınlar Komanda Qrup oyunu A1-A3 (Azərbaycan - Türkiyə) |
18:00 - 19:35 |
Kişilər Komanda Qrup oyunu B4-B1 (İordaniya - Türkiyə) |
20:15 - 21:50 |
Kişilər Komanda Qrup oyunu A4-A1 (Azərbaycan - Əlcəzair) |
Yarışların 4-cü günündə kişilərdən və qadınlardan ibarət komandalar arasında voleybol oyunlarına start veriləcək. Azərbaycanın qadın voleybolçuları A qrupunda Qırğızıstan, kişi idmançıları isə Pakistandan olan rəqibləri ilə qarşılaşacaqlar.
TƏQVİM:
10:00 - 12:30 |
Kişilər Komanda Qrup oyunu A1 (Türkiyə - Türkmənistan) |
12:30 - 15:00 |
Qadınlar Komanda Qrup oyunu A1 (Türkiyə - Tacikistan) |
19:00 - 21:30 |
Qadınlar Komanda Qrup oyunu A2 (Azərbaycan - Qırğızıstan) |
21:30 - 23:59 |
Kişilər Komanda Qrup oyunu A2 (Azərbaycan - Pakistan) |
Bu gün, həmçinin futbol komandaları arasında qrup oyunlarının II turu keçiriləcək. İlk oyunda Kamerun yığması ilə qolsuz bərabərə qalan millimiz bu dəfə Səudiyyə Ərəbistanı ilə qarşılaşacaq.
TƏQVİM:
10:30 - 12:30 |
Kişilər Komanda Qrup oyunu B3 (Oman - Türkiyə) |
12:30 - 14:30 |
Kişilər Komanda Qrup oyunu A3 (Kamerun - Mərakeş) |
16:30 - 18:30 |
Kişilər Komanda Qrup oyunu B4 (Fələstin - Əlcəzair) |
18:30 - 20:30 |
Kişilər Komanda Qrup oyunu A4 (Azərbaycan - Səudiyyə Ərəbistanı) |
Qeyd edək ki, açılış günü mayın 12-də baş tutacaq Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək Azərbaycan paytaxtında 16 yarış obyektində 17 Olimpiya və 3 qeyri-olimpiya növü olmaqla, 20 idman növü üzrə keçiriləcək.