Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Millimizin ilk rəqibi Kamerun olacaq -“Bakı-2017” IV İslam Həmrəyliyi

Bu gün “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının komanda idman növləri üzrə yarışlarının püşkatma mərasimi keçirilib.

Yenixeber.org:   IV İslam Həmrəyliyi Oyunlarında beş komanda idman növü - futbol, voleybol, basketbol 3x3, həndbol və su polosu üzrə yarışlar keçiriləcək. “Bakı-2017”də iştirakçı ölkələrin sayından asılı olaraq, komandalar hər idman növü üzrə yarışlarda fərqli formatlarda mübarizə aparacaqlar. Basketbol 3x3, voleybol, su polosu və qadınlar arasında həndbol üzrə qrupların tərkibi artıq beynəlxalq idman federasiyalarının reytinqlərinə əsasən müəyyən olunub. Buna görə də püşkatma mərasimi futbol və kişilər arasında həndbol yarışları üzrə keçirilib.

Oyunların futbol yarışı 8 komanda arasında keçiriləcək. Azərbaycan millisi ev sahibi olduğu üçün avtomatik olaraq “A” qrupunda yer alıb. Püşkün nəticələrinə əsasən, “A” qrupunda milli komandamızın rəqibləri Kamerun, Səudiyyə Ərəbistanı və Mərakeş milliləri olub. “B” qrupunda isə Fələstin, Oman, Əlcəzair və Türkiyə yığma komandaları yer alıblar.

Futbol yarışında hər qrupda birinci və ikinci yeri tutan komandalar yarımfinala çıxacaqlar. Yarımfinalda məğlub olan komandalar üçüncü yer uğrunda görüşdə üz-üzə gələcəklər. Komandaların heyəti 23 yaşadək futbolçulardan ibarət formalaşdırılıb. Bununla yanaşı, yaşı 23-dən yuxarı olan üç futbolçu da heyətdə yer alacaq. Futbol üzrə Azərbaycan millisi İslam Həmrəyliyi Oyunlarında ilk dəfə çıxış edəcək.

Kişilər arasında həndbol yarışı üzrə püşk Azərbaycan, Əlcəzair, Səudiyyə Ərəbistanı, Pakistan, Türkiyə, Mərakeş, İraq və Əfqanıstan milli komandaları arasında atılıb. Püşkün nəticələrinə əsasən, Azərbaycan milli komandası “A” qrupunda Əlcəzair, Səudiyyə Ərəbistanı və Pakistan milliləri ilə mübarizə aparacaq. “B” qrupunda isə Türkiyə, Mərakeş, İraq və Əfqanıstan komandaları yarışacaqlar.

Həndbol üzrə qadınların mübarizəsində beş komanda – Kamerun, Özbəkistan, Kot d`İvuar, Türkiyə və Azərbaycan yığma komandaları dairəvi sistem üzrə mübarizə aparacaqlar. Qrupda birinci və ikinci yeri tutan komandalar qızıl, üçüncü və dördüncü yerlərdə qərarlaşan millilər isə bürünc medallar uğrunda mübarizəni davam etdirəcəklər.

Basketbol 3x3 üzrə həm qadınların, həm də kişilərin yarışında on komanda iki qrupda mübarizə aparacaq. Qruplarda ilk dörd yeri tutan komandalar dörddəbir finala vəsiqə qazanacaqlar. Qadınların mübarizəsində “A” qrupunda Türkmənistan, Azərbaycan, Əlcəzair, Mali və Əfqanıstan, “B” qrupunda İndoneziya, Türkiyə, Suriya, Fələstin və Pakistan milliləri yarışacaqlar. Kişilərin yarışında Türkiyə, Azərbaycan, Türkmənistan, Səudiyyə Ərəbistanı və Pakistan “A” qrupunda, İndoneziya, Qətər, Kot d`İvuar, Mali, İordaniya yığmaları isə “B” qrupunda yer alıblar.

Voleybol üzrə qadınların yarışında beş komanda - Azərbaycan, Türkiyə, Kamerun, Qırğızıstan və Tacikistan bir qrupda dairəvi sistem üzrə mübarizə aparacaqlar. Qrupda ilk dörd yeri tutan komanda yarımfinalda çıxış edəcək. Kişilərin yarışında isə on komanda iki qrupda gücünü sınayacaq. Qruplarda ilk iki yeri tutan komandalar yarımfinala yüksələcəklər. “A” qrupunda Azərbaycan, Türkiyə, Türkmənistan, Pakistan və Fələstin, “B” qrupunda İran, Qətər, Əlcəzair, Səudiyyə Ərəbistanı və Mərakeş milliləri yer alıblar.

“Bakı-2017”nin su polosu yarışı kişi idmançılar arasında keçiriləcək. Yarışda beş komanda - İran, Türkiyə, Səudiyyə Ərəbistanı, Azərbaycan və İndoneziya bir qrupda dairəvi sistem üzrə mübarizə aparacaqlar. Dairəvi sistem üzrə yarışın yekununda qalib və mükafatçılar müəyyən olunacaq.

Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunları mayın 12-dən 22-dək keçiriləcək. Oyunlarda 57 ölkədən üç mindən çox idmançı çıxış edəcək. “Bakı-2017”nin açılış və bağlanış mərasimləri Bakı Olimpiya Stadionunda təşkil olunacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam