Redaktor seçimi
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Günün xəbəri

“Könüllülük hərəkatına vaxtilə müəllimlər də qatılıb” - Təhsil naziri

Azərbaycanı gənclər ölkəsi adlandıra bilərik. Ölkə əhalisinin təxminən 50 faizi yaşı 30-dək olan şəxslərdir.
Yenixeber.org: Bunu Təhsil naziri Ceyhun Bayramov Azərbaycan tələbə-könüllülərinin Forumunda çıxışı zamanı deyib. Onun sözlərinə görə, könüllülük hərəkatı gənclərin perspektivi üçün yol açır: "Könüllülük hərəkatına vaxtilə müəllimlər də qatılıb. Onlar savadsızlığın ləğvi üçün kütləvi şəkildə iş aparıblar".

C.Bayramov əlavə edib ki, hazırda dünyada 1 milyona yaxın insan könüllülük hərəkatına qoşulub: "Dünyada hər 7 nəfərdən biri könülllüdür. Azərbaycanda da könüllülük son illərdə geniş vüsət alıb. Azərbaycanın 11 regionundakı ali və orta ixtisas məktəblərində 23 mindən artıq könüllü var. Hər bir gənc üçün bu, həyat kredosuna çevrilməlidir. Müasir dünyada peşələrin və ixtisasların çox tez dəyişdiyi, süni intellektin, innovasiyaların həyatımıza siraət etdiyi bir dövrdə maraqlarımıza uyğun peşələrin seçilməsi, həmin peşələr üzrə yüksək ixtisaslı mütəxəssis olmaq, beynəlxalq səviyyədə rəqabət qabiliyyətli olmaq kimi vacib vəzifələri özünüz üçün müəyyən etməlisiniz. Bunlar sizin üçün əsas prioritetlər olmalıdır".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam