Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Təhsil naziri: "Yaradıcı sahələr üzrə universiteti bitirən məzunların 70%-i ..."

"Müasir dünyada peşə və ixtisaslar çox sürətlə dəyişir. Bunu nəzərə alaraq müəyyən vaxtdan sonra təzə ixtisasların təsnifatına yenidən baxılır, yeni ixtisaslar təsdiq edilir".

Yenixeber.org: Bunu Təhsil naziri Ceyhun Bayramov “Yaradıcı sənayelər: dayanıqlı inkişaf və məşğulluq üçün yeni imkanlar” mövzusunda panel müzakirəsində deyib.

Nazir bildirib ki, 2020-2021-ci tədris ilindən etibarən ali təhsil müəssisələrinə qəbul yeni təsnifat əsasında aparılacaq.

C.Bayramov xatırladıb ki, bu ilin fevral ayında Nazirlər Kabineti ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə yeni ixtisas təsnifatını təsdiq edib: "Hazırda ali təhsil müəssisələri tədris proqramlarını yeniləyir. Yaradıcı sahələr üzrə ali təhsil müəssisələrini bitirən məzunların kifayət qədər çoxu -70 faizi qısa müddətdə əmək bazarına daxil olur".

O qeyd edib ki, dünya təcrübəsində yaradıcı istiqamətlərlə bağlı özünüməşğulluq faizi olduqca yüksəkdir: "Müxtəlif ölkələrdə bu, 30-60 faiz arasında dəyişir. Bu baxımdan hesab edirəm ki, Azərbaycanda diqqət yetirilməsi vacib olan sahə sahibkarlıq, biznes etikası ilə bağlı olaraq bacarıqların formalaşdırılmasıdır. Bu, o baxımdan vacibdir ki, onlar gələcəkdə işaxtaran deyil, iş yeri yaradan insanlar olsunlar. Kreativ düşüncəli insanlar məhz bu istiqamətə yönəldilməlidir". 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam