Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Təhsil naziri: "Müəllimlər bunu etməməlidir..."

"Müəllimlər məktəbdaxili qiymətləndirməni hansısa bir cəza mexanizmi kimi deyil, şagirdlərin motivasiyasının və marağının artırılması istiqamətində istifadə etməlidirlər".

Yenixeber.org: Bunu təhsil naziri Ceyhun Bayramov bir qrup gənc müəllimlə görüşündə çıxış edərkən deyib.

Nazirin sözlərinə görə, gənc müəllimlər fəaliyyətlərinin ilk günündən müəllim-şagird münasibətlərinə xüsusi diqqət etməli, şagirdlərlə əməkdaşlıq qurmalı, onların şəxsiyyətinə hörmət etməlidirlər: "Gənc müəllimlər şagirdlərin bilik və maraqlarını təhsilə bağlamaq üçün müasir tədris üsullarından və innovasiyalardan istifadə etməlidirlər. Eyni zamanda fəaliyyət göstərdiyi məktəbdə digər müəllimlərin təcrübəsindən faydalanmalıdırlar. Sadalanan xüsusiyyətlər və gənc müəllimlərin yeniliyə açıqlığı olacağı təqdirdə Azərbaycan məktəblərində gözəl mühitin yaranmasının şahidi olacağıq".

C.Bayramov əlavə edib ki, bu günədək 140 mindən çox müəllim diaqnostik qiymətləndirmədən keçirilib.

Ötən 5 il ərzində məktəblərdə aparılan təmir-tikinti işləri nəticəsində 1 milyondan çox şagirdin təlim şəraiti yaxşılaşdırılıb, 100 mindən çox müəllimin gündəlik fəaliyyət məkanı tamamilə yeni standartlara uyğun qurulub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam