Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bu Gimnastika İttifaqının adı dəyişdirilib

 

 

Bolqarıstanın paytaxtı Sofiyada Avropa Gimnastika İttifaqının (FIG) Baş Assambleyası keçirilib.

Yenixeber.org: Azərbaycan Gimnastikası Federasiyasının (AGF) rəsmi saytı xəbər verir k, tədbirdə ölkəni qurumun baş katibi Nurlana Məmmədzadə, İcraiyyə Komitəsinin üzvü Mariana Vasilyeva, federasiyanın beynəlxalq əlaqələr üzrə meneceri Mehman Əliyev və texniki direktoru Natalya Bulanova təmsil edib.

47 üzv federasiyanın iştirak etdiyi Baş Assambleyada bir sıra mühüm qərarlar qəbul edilib. Əsas qərarlar isə gimnastikanın gələcək inkişafı naminə təşkilatın Nizamnaməsinə bir sıra dəyişikliklərin edilməsi və qurumun adının dəyişdirilməsidir.

Bundan sonra Avropa Gimnastika İttifaqı “Avropa Gimnastikası” (European Gymnastics) adlanacaq. Bu dəyişiklik isə 2020-ci il aprelin 1-dən qüvvəyə minəcək.

Xatırladaq ki, Avropa Gimnastikasına 2006-2017-ci illərdə AGF-nin baş katibi olmuş, azərbaycanlı Fərid Qayıbov rəhbərlik edir.

Təşkilatın Baş Assambleyasının növbəti iclası isə 2021-ci ilin dekabrında Portuqaliyanın Albufeyra şəhərində keçiriləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam