Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

MOK-un vitse prezidenti:Dünya gimnastikasında Azərbaycanın xüsusi rolu var

 

Yenixeber.org: Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbovun Avropa Gimnastika İttifaqının (UEG) prezidenti seçilməsi çox böyük bir hadisədir.

Bunu Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə deyib.

Ç.Hüseynzadə bildirib ki, F.Qayıbovun UEG prezidenti seçilməsi Azərbaycanın gimnastika sahəsində gördüyü işlərin nəticəsidir: "Bunu şəxsən Azərbaycanın Birinci vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının Prezidenti Mehriban Əliyevanın gimnastikanın inkişafında göstərdiyi xidmətlərin nəticəsi kimi qiymətləndirmək olar".

Ç.Hüseynzadə qeyd edib ki, dünya gimnastikasında Azərbaycanın xüsusi rolu var: "Bakıda gimnastika ilə bağlı böyük yarışlar keçirilib və qarşıda da keçiriləcək. Bütün bunlar əlbəttə ki, öz təsirini göstərib və mən bu uğur münasibətilə bütün Azərbaycan idmansevərlərini təbrik edirəm".

Qeyd edək ki, Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov Avropa Gimnastika İttifaqının (UEG) prezidenti seçilib. Xorvatiyanın Split şəhərində Avropa Gimnastika İttifaqının 27-ci konqresi çərçivəsində keçirilən prezident seçkilərində F.Qayıbov 28 səs toplamaqla bu posta digər namizəd, 20 səs toplamış sloveniyalı rəqibini geridə qoyub.(trend)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam