Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Güləşçilərimiz Moskvada üçüncü oldular

 

Güləşçilərimiz Moskvada üçüncü oldular
Moskvada sərbəst və yunan-Roma güləşi üzrə ikiqat Olimpiya çempionu İvan Yarıginin xatirəsinə “Alrosa” kuboku yarışları keçirilib.
Yenixeber.org: “Dinamo” İdman Sarayında təşkil olunan turnirdə Olimpiya çəkilərində çıxış edən güləşçilər komanda yarışlarında güclərini sınayıblar.

Sərbəst güləşçilərin turnirində məşqçi Nazim Əlicanovun rəhbərliyi altında İslamBazarqanov (57 kq), Ənvərbəy Dalqatov (65 kq), Hacımurad Ömərov (74 kq), Kənan Əliyev (86 kq), Roman Bəkirov (97 kq) və Rahid Həmidlidən (125 kq) ibarət komanda Gürcüstana qalib gəlib, Rusiya, İran və Özbəkistana uduzub. Bu nəticə ilə yığmamız 4-cü yeri tutub.

Yunan-Roma güləşi üzrə millimizin heyətində Ramiz Məmmədov (60 kq), Kərim Cəfərov (67 kq), İslambek Dadov (77 kq), Rafiq Hüseynov (87 kq), Zamir Məhəmmədov (97 kq) və Türmən Eyyubov (130 kq) yer alıb. Məşqçilər Turac Hüseynli və Zöhrab Abbasovun tapşırıqlarını icra edən komandamız Rusiya və Özbəkistana məğlub olub, Gürcüstana isə qalib gəlib. Bu nəticə ilə millimiz “Alrosa” kuboku yarışlarını bürünc medalla başa vurub.

Qeyd edək ki, görüşlərin idarə edilməsində ölkəmizi birinci dərəcəli beynəlxalq hakim Natiq Hacıyev təmsil edib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam