Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azərbaycan güləşçilərinin Moskva turnirində uğurlu çıxışı

 

Rusiya paytaxtında Avropa xalqlarının kuboku uğrunda güləşçilərdən ibarət qitənin ən güclü komandaları öz güclərini sınayıblar. 

"Xeberinfo.com":APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, "Lujniki" idman arenasında keçirilən turnirdə Azərbaycanın Yunan-Roma, sərbəst və qadınlardan ibarət milli yığması beynəlxalq yarışın mükafatçısı adına layiq görülüb.

Komanda hesabında iki gümüş və bir bürünc medal qazanan güləşçilərimiz Rusiyadan sonra Avropa qitəsinin ən güclü komandası adını qazanıblar. Belə ki, Bolqarıstan  və Ukrayna yığmaları üzərində qələbə qazanan qadın güləşçilərimizin rəqibi ənənəvi olaraq Rusiya yığması olub. Azərbaycan yığması dörd dəfə dünya çempionu olan Ukrayna yığmasını məğlub edərək finala vəsiqə qazanıb. Amma finalda rusiyalı güləşçilər üstün olduqlarını sübut ediblər. Qadın güləşçilərimizdən Patimat Baqomedova, Güzəl Zutova inamlı mübarizə göstərsələr də, rəqibləri onlara cüzi üstünlüklə qalib gəlib. Qadınlardan ibarət milli yığmamız Avropa xalqları kuboku turnirinin gümüş mükafatçısı olub.

Yarışların ikinci günü Yunan-Roma güləşi üzrə Azərbaycan yığması ilk görüşünü Bolqarıstan idmançıları ilə gərgin şəraitdə keçirib. 8 çəki dərəcəsində baş tutan qarşılaşma 4-4 hesabı ilə bitsə də, xal hesabıyla Azərbaycan komandası ikinci görüşə vəsiqə qazanıb. İkinci görüşündə Rusiya milli yığmasına uduzan güləşçilərimiz üçüncü yer uğrunda görüşdə macarıstanlı həmkarlarına qalib gələrək bürünc mükafata layiq görülüblər.

Sərbəst güləş üzrə görüşdə Belarus təmsilçilərinə qalib gələn idmançılarımız finalda Rusiyaya 2-6 hesabıyla məğlub olaraq gümüş medala sahib olublar.

Qeyd edək ki, Avropa xalqlarının kuboku turniri  ənənəvi olaraq Moskvada keçirilir və bu yarışa Avropa qitəsinin birinciliyi uğrunda keçirilən çempionatda ilk 6 yeri tutan yığmalar qatılır. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam