Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azərbaycan bayrağına qarşı hörmətsizlik

 

İran İslam Respublikasının paytaxtı Tehran şəhərində yunan-Roma güləşi üzrə böyüklər arasında Dünya Kuboku başa çatıb. 

 

"Xeberinfo.com":  Anspress-ə istinadən xəbərə görə, yunan-Roma güləşi üzrə milli komandamızın ilk dəfə dünya kubokuna sahib olduğu gün bayraq skandalı yaşanıb. Belə ki, mükafatlandırma mərasimindən sonra himnimiz səsləndirilib və ilk üçlükdə yer tutan ölkələrin bayraqları qaldırılıb. Turnirdə birinci yeri qazanan ölkəmizin bayrağı isə təhrif edilmiş formada təqdim edilib. Səkkiz guşəli Azərbaycan Dövlət Bayrağı beş ulduzlu şəkildə göstərilib. 

Bu isə əvvəlcə heç kimin diqqətini çəkməsə də sonradan həmin anın videogörüntüsünü izləyənlərin nəzərindən yayınmayıb. 

Bayrağımızın bu şəkildə təhrif edilməsi sosial şəbəkə izləyicilərinin də etirazına səbəb olub.

Qeyd edək ki, sözügedən turnirdə ilk olaraq yerli İran idmançıları ilə qarşılaşan güləşçilərimiz gərgin keçən görüşü 6:2 hesablı qələbə ilə başa vurub. Ardınca Almaniya və İsveç komandalarını 7:1 məğlub edən yığmamız qrup görüşlərini lider tamamlayıb. Bu nəticə ilə yunan-Roma güləşi yığmamız Azərbaycan güləş tarixində yeni bir tarix yazıb. Azərbaycan idman tarixində ilk dəfə olaraq yunan-Roma komandamız Dünya Kubokunun finalına vəsiqə qazanıb. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam