Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

Berezutski qardaşları Rusiya yığmasındakı karyeralarını başa vurublar

 

 

Onlar 2003-cü ildən Rusiya millisinə dəvət alıblar 

Yenixeber.org: Moskvanın MOİK komandasında çıxış edən Vasili və Aleksey Berezutski qardaşları futbol üzrə Rusiya yığmasındakı karyeralarını bitirmək barədə yekun qərar qəbul ediblər. Bu barədə V.Berezutski "Sport-Ekspress"ə açıqlamasında bildirib. 

Onun sözlərinə görə, bir il əvvəl milli karyerasını dayandırmaq barədə qərar qəbul edib: "Yaşımı və ən əsası səhhətimi nəzərə alaraq öz klubuma köklənməyin gərəkliyini anladım. Həmin vaxt yığmanın baş məşqçisi Stanislav Çerçesov mənə məhz "dayandırdım" sözünü işlətməyi tövsiyə etdi. İndi isə mundiala cəmi üç ay və yalnız mart toplanışında Braziliya və Fransaya qarşı keçirəcəyimiz yoldaşlıq oyunları qaldığı vaxtda mən və qardaşım Alekseyin yığma karyeramızı bitirdiyimizi açıq-aydın deməyin gərəkliyini düşünürəm. Hər zaman millinin düşərgəsinə məmnuniyyətlə gəlmişəm. Lakin indi səhhətim seçim yeri qoymur". 

Qeyd edək ki, Vasili və Aleksey Berezutski əkiz qardaşlardır. Onlar 2003-cü ildən Rusiya millisinə dəvət alıblar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam