Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

7 ÖLKƏNİN PULUNU AZƏRBAYCAN ÖDƏYƏCƏK? -“İSLAMİADA 2017”

AISGOC CoCom 3_Azad Rahimov azpolitika info

“Məqsədimiz odur ki, bu rekordu da vuraq…”

İslam Oyunları ilə bağlı nəqliyyat sisteminə yekun vurulmalıdır. Bu çox vacib bir sistemdir.

Xeberinfo.com:   Bunu gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə deyib.

Nazir bildirib ki, xatırlayırsınızsa, Avropa Oyunlarında çoxlu avtobuslar sifariş olunmuşdu:“İndi biz başqa yollar axtarıb həmin yollarla bu işi həyata keçirməliyik. Artıq bu yollar tapılıb. Daha ucuz və daha əlverişli. Əsas odur ki, idmançılar onlardan tam şəkildə razı qalsın, yarış məkanlarına vaxtında çatdırılsınlar. Bu istiqamətdə işlər aparılır. Aparat tam şəkildə formalaşıb, bütün komplekslərdə avadanlıqlar var, çatmayan avadanlıqlar isə artıq sifariş olunub, hər hansı problem yoxdur”.

A.Rəhimov deyib ki, bizim əsas məqsədimiz odur ki, 57 islam ölkəsinin hamısı Bakıda yarışda iştirak etsin, bu rekordu da vuraq: “Artıq 50 ölkədən tam təsdiq cavabı almışıq və onlar yarışlarda iştirak edəcəklər. Qalan 7 ölkə bəzi səbəblərə görə hələ ki gələ bilmirlər, maliyyə məsələlərində problemlər var. Biz çalışırıq ki, onlara da kömək edək və bu oyunlara cəlb edək”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam