Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

"Hələ qarşıda böyük tədbirlər planı, yarışlar var" -Gənclər və İdman Nazirliyi

 

476855506

Bakıda keçirilmiş I Avropa Oyunları və IV İslam Oyunları zamanı idmançıların qalması üçün ayrılan “Atletlər kəndi”ndəki binaların satışa çıxarılacağı gözlənilirdi.

Yenixeber.org:  Məlumata görə, gənclər və idman naziri Azad Rəhimov hələ İslam Oyunlarından öncəki açıqlamalarının birində bunu istisna etməmişdi.

Maraqlıdır, “Atletlər kəndi”ndəki binalarla bağlı hansısa yeniliklər var?

Mövzuya Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova aydınlıq gətirib.

O, Modern.az-a açıqlamasında deyib ki, “Atletlər kəndi”ndəki bir neçə binanın satışa çıxarılması məsələsi hazırda gündəmdədir.
“2015-ci il Avropa Oyunları ilə bağlı AZINCO şirkəti ilə müqavilə bağlanmışdı. Müqavilənin müddəti 2017-ci ilin iyun ayının sonlarına qədər idi. Müqavilədə “Atletlər kəndi”ndə nə qədər bina var idisə, onların icarəyə götürülməsi öz əksini tapmışdı. Artıq oyunlar bitib. Sadəcə, bu məsələlərlə bağlı təhvil-təşviq işləri qalır. Bundan sonra binaların hamısı AZİNCO şirkətinə geri qaytarılacaq.
Digər bir məqam da var. AZİNCO şirkəti “Atletlər kəndi”ndəki bir neçə binanın ehtiyat olaraq boş saxlanılması təklifini irəli sürüb. Nəzərə alsaq ki, qarşıda ölkəmiz bir sıra böyük tədbirlərə ev sahibliyi edəcək, bu səbəbdən də lazım olacağı təqdirdə həmin binalardan istifadə mümkündür. Çünki bu binalar böyük yarışlar zamanı təcrübədən keçmiş yaşayış yerlərdir”.

Nazirlik rəsmisinin sözlərinə görə, binaların içindəki avadanlıqların bir hissəsi artıq satışa çıxarılıb.
““Atletlər kəndi”ndə yerləşən binaların içindəki avadanlıqların bir hissəsi gəlirlərin büdcəyə qaytarılması şərtilə satışa çıxarılıb və satılır. Digər hissəsi isə müəyyən dövlət qurumları, idman obyektlərinə verilir. “Atletlər kəndi”ndəki binalarda bəzi texniki avadanlıqlar, İT qurğuları var ki, onlara dəyilməyəcək. Yəni onlar satışa çıxarılmayacaq. Çünki hələ qarşıda böyük tədbirlər planı, yarışlar var. Həmin texnologiyalara toxunmamaqla bağlı təcrübə mövcuddur. Həmçinin, həmin texnikanı yenidən quraşdırmaq çətin məsələdir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam