Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“”Formula-1” marşrutu üzrə asfalt örtüyü dəyişdiriləcək”

 

“Formula-1” Avropa Qran-pri yarışları ilə bağlı işlər qrafikə uyğun olaraq davam etdirilir, tenderlər keçirilir”.
"Xeberinfo.com":   Məlumata görə, bu sözləri jurnalistlərə müsahibəsində gənclər və idman naziri Azad Rəhimov deyib.
Nazir bildirib ki, gələn il Bakıda keçiriləcək “Formula-1” Avropa Qran-pri yarışlarında əsas məsələlərdən biri yolların bağlanması olacaq. Digər tərəfdən, “Formula-1” rəhbərliyinin tələbinə və dünya startlarına əsasən, asfalt örtüyü 6-8 santimetr qalınlığında olmalıdır. Bu, yarışlarda iştirak edəcək avtomobillərin sürəti ilə əlaqədardır. Bu öhdəliyin yerinə yetirilməsi zamanı yol kənarındakı bəzi işıq dirəklərinin yerləri dəyişdiriləcək.
A.Rəhimov deyib ki, 2017-ci ildə ölkəmizdə keçiriləcək IV İslam Həmrəylik Oyunlarının proqramına daxil olan həndbol idmanını ölkəmizdə inkişafı etdirmək üçün ilk növbədə regionlardakı Olimpiya İdman komplekslərində müvafiq bölmələr açılmalıdır. Həmin bölmələrə Azərbaycan Həndbol Federasiyası tərəfindən məşqçilər göndərilməlidir. Uşaqlarımız idmanın bu növünə maraq göstərirlər. Onlar üçün seleksiyalar tam sərbəstdir. Azərbaycanın həndbol üzrə milli komandası var. Hazırda federasiya ilə birgə məqsədimiz komandanı yüksək səviyyədə hazırlamaqdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam