Redaktor seçimi
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
Günün xəbəri

“Neftçi”yenə məğlub oldu – Öz meydanında

neftci

Futbol üzrə Azərbaycan Premyer Liqasında VI tura yekun vurulub

Xeberinfo.com:  Məlumata görə, turun son oyununda “Neftçi” Sumqayıtın eyniadlı komandasını qəbul edib.

“Əlincə Arena”da keçirilən matçda topa ilk toxunuşu meydan sahibləri ediblər. İlk dəqiqələrdən hücuma keçən “Neftçi” 6-cı dəqiqədə hesabı açıb. Cavid İmamverdiyev topu tora qovuşdurub. 13 dəqiqə sonra isə Yusif Nəbiyev hesaba tarazlıq gətirib – 1:1. Komandalar qalan dəqiqələrdə hücumlar etsə də, oyunun birinci hissəsi bu hesabla yekunlaşıb.

İkinci hissədə qonaqlar aktivliyi artırıb. Bunun məntiqi nəticəsində oyunun 71-ci dəqiqəsində Seymur Əsədov komandasının ikinci topunu vurub. Qarşılıqlı hücumlara baxmayaraq, oyunda hesab dəyişməyib və “Sumqayıt” 2:1 hesabı ilə qalib gəlib.

Bu nəticə ilə “Neftçi” 3 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. “Sumqayıt” isə 7 xalla “Kəpəz”lə 4-5-ci pillələri bölüşür.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam