Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

"Zirə" və "Kəpəz" qalib gəldi

 

 

 

 

Oktyabrın 28-də futbol üzrə Topaz Premyer Liqasında X turunun ikinci gününün sonuncu qarşılaşmasında “Zirə” klubu doğma meydanda “Qəbələ”ni qəbul edib

 

Yenixeber.org: Baş hakim Fariz Yusifovun idarə etdiyi görüşdə ev sahibləri 2:1 hesabı ilə qalib gəliblər.

Görüşdə hesabı 18-ci dəqiqədə ev sahibləri açıblar. Milan Duriç 11 metrlik cərimə zərbəsindən vurduğu qolla “Zirə”ni hesabda önə çıxarıb. Qarşılaşmanın 38-ci dəqiqəsində “Zirə” ikinci topu qonaqların qapısından keçirib. Sadio Tounkara adını taploya yazdırıb.

Matçın ikinci hissində “Qəbələ” buraxılan qollardan birinin əvəzini çıxıb. Oyunun 71-ci dəqiqəsində Famussa Konne fərqlənib.

Beləliklə, görüş “Zirə”nin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu qələbədən sonra “Zirə” 21 xalla ikinci pilləyə yüksəlib. “Qəbələ” klubu isə 19 xalla turnir cədvəlinin üçüncü pilləsinə enib.

 

Turun sonuncu matçı oktyabrın 29-da “Bakcell Arena”da “Neftçi” və “Sumqayıt” komandaları arasında oynanılacaq.

 

 

 

 

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam