Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Rövnəq Abdullayev: Qurbanla müqavilə...

Rövnəq Abdullayev: Qurbanla müqavilə...

 

 

AFFA prezidenti Rövnəq Abdullayev qurumun İcraiyyə Komitəsinin iclasından sonra Azərbaycan milli komandasının yeni baş məşqçisi Qurban Qurbanovla birgə brifinq keçirib

 

Yenixeber.org:  R.Abdullayev əvvəlcə yeni baş məşqçinin təyinatı məsələsinə toxunub, daha sonra jurnalistlərin suallarını cavablandırıb.

"İclas başa çatdı. Yekdil qərarla Qurban Qurbanov baş məqşçi təyin olundu. Onu təbrik edir və uğurlar arzulayıram", - AFFA prezidenti vurğulayıb.

O qeyd edib ki, Q.Qurbanov "Qarabağ" klubunun baş məşğçisi postunda və İcraiyyə Komitəsinin üzvü kimi də fəaliyyət göstərəcək: "İcraiyyə Komitəsinin üzvləri Qurban Qurbanovun "Qarabağ" klubunun baş məşqçisi vəzifəsində qalmasını da yekdilliklə dəstəklədilər".

AFFA prezidentinin sözlərinə görə, Q.Qurbanovla müqavilə 6 illik olacaq: "Əvvəlki baş məşqçilərlə adətən 2 illik müqavilə imzalayırdıq. Yeni baş məşqçi ilə 3 tsikli əhatə edən 6 illik müqavilə imzalamışıq".

Müqavilənin şərtlərinə gəlincə, R.Abdullayev deyib: "Müqavilənin şərti Vətənə qulluq etməkdir".

AFFA prezidenti bildirib ki, millinin yeni baş məşqçisi ölkə çempionatında çıxış edən klublarla sıx işləyəcək: "Millinin baza komandası isə "Qarabağ" olacaq".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam