Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Günün xəbəri

“Futbolumuzun bugünkü durumu ürəkaçan deyil” -Fərid Qayıbov

 

“İstəyərdim ki, Azərbaycan çempionatında 10 deyil, çox komanda olsun. Premyer Liqanın ilk yarısı başa çatıb və liderlə ikinci yer arasında ciddi fərq var. Bu məni narahat edir”.

Yenixeber.org xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov jurnalistlərlə görüşdə deyib.

O, Azərbaycan futbolunun bugünkü durumundan danışıb: “Qarabağ” üçün ölkə çempionatında rəqabət, demək olar ki, azdır. İstəyirik ki, Azərbaycan klubu avrokubokda daha yaxşı çıxış etsin, amma rəqabət vacibdir. Vaxt var idi ki, bir mərhələ keçə bilmirdik. Bu da inkişafdır, lakin daha yaxşı ola bilər. Futbolumuzun bugünkü durumu ürəkaçan deyil. Ancaq burada tək günahkar AFFA-nı hesab etmək olmaz. Biz futbolun inkişafını istəyiriksə, uşaq futboluna investisiya qoyaq. Məsələn, “Qarabağ”ın heyətində elə futbolçular var ki, Avropanın adlı-sanlı liqalarında çıxış edə bilər. Elvin Cəfərquliyev, Bəhlul Mustafazadə, Toral Bayramov kimi oyunçular buna misaldır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam