Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Günün xəbəri

Podiumdan yaşıl meydana -23 yaşında klub prezidenti oldu/ FOTOLAR

 

23 yaşlı türkiyəli model Nevide Çiçek Antalya Həvəskarlar Liqasında mübarizə aparan “Çakallıklı Spor”un prezidenti olub.

Yenixeber.org xəbər verir ki, o, klubun məşqinə baxmaq üçün onların toplanışına qatılıb və komandaya dəstəyini bildirib.

Nevide Çiçek özü də futbol oynayıb. O, “1207 Antalyaspor” qadın futbol klubunda top qovur.

Gənc qız, həmçinin 2021-ci ildə Livanda keçirilən “Miss Tourism Universe” yarışmasında Türkiyəni təmsil edib. 2022-ci ildə “Avrasiya Kraliçası” gözəllik yarışmasında qalib gəlib. Sonuncu dəfə isə Moskvada keçirilən “Miss Avrasiya” gözəllik yarışmasında 25 fərqli ölkədən gələn iştirakçılar arasında 3-cü olub.

Nevide Çiçek boş vaxtlarında rəhbərlik etdiyi komandanın məşqini yaxından izlədiyini bildirib: “Orta məktəb illərində futbol oynamağa başladım. O vaxtdan özümü təkmilləşdirərək Antalyaya transfer oldum. İndi çox gözəl bir layihə qarşıma çıxdı və bunu dəyərləndirmək istədim. Komandamız da güclüdür, məşqləri uzaqdan da olsa izləyirəm”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam