Redaktor seçimi
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Günün xəbəri

Azərbaycan millisinin məşqçisi: “Canni De Byazi qalmaq istəyirdi”

  

“De Byazinin gedişi mənim üçün sürpriz oldu. Çünki burada qalmaq, işinin davamını gətirmək istəyirdi”.

Yenixeber.org: Bunu açıqlamasında futbol üzrə Azərbaycan millisinin məşqçisi Arif Əsədov baş məşqçi postundan ayrılan Canni De Byazi barədə danışarkən deyib.

53 yaşlı mütəxəssis italiyalı çalışdırıcının gedişinə üzüldüyünü etiraf edib:

“Üç ilə yaxın bir yerdə çalışdıq. Hər şeyi bir yerdə müzakirə edirdik, birgə qərar verirdik. De Byazinin yeni gəldiyi vaxtla indikini müqayisə etsək, fikrimcə, komandada yaxşıya doğru dəyişiklik var idi”.

A.Əsədov həmkarının AVRO-2024-ün seçmə mərhələsində Belçika ilə son matçın ardından azərbaycanlı jurnalistlər barədə nalayiq fikirlər səsləndirməsinə də münasibət bildirib:
“De Byazinin dünənki müsahibəsindən belə anlaşılır ki, bütün jurnalistləri nəzərdə tutmur. Ancaq istənilən halda bu cür danışmaq yolverilməzdir”.

O, milliyə yerli baş məşqçinin təyin olunmasının tərəfdarıdır:

“İstənilən yerli məşqçi üçün bu, böyük şərəfdir. Əlbəttə, hamı kimi, mənim üçün də bu, qürur olar. Uzun müddətdir burada olduğum üçün milliyə yaxşı bələdəm. Amma istənilən qərara hörmətlə yanaşacağam”.

Qeyd edək ki, Canni De Byazi 2020-23-cü illərdə Azərbaycan millisinə rəhbərlik edib. Yığma AVRO-2024-ün seçmə mərhələsində yeddi xalla yer aldığı F qrupunda dördüncü yeri tutub.(Report”)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam