Redaktor seçimi
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Günün xəbəri

BOK Rusiya Olimpiya Komitəsinin fəaliyyətini dayandırdı

 

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi Rusiya Olimpiya Komitəsinin (ROK) fəaliyyətini dayandırıb.

Yenixeber.org xəbər verir ki, buna səbəb “Donetsk Xalq Respublikası", "Luqansk Xalq Respublikası”, Zaporojye və Xerson vilayətlərinin Olimpiya Şuralarının ROK-un tərkibinə daxil olmalarıdır.

Bu barədə məlumat verən BOK-un mətbuat xidmətinin rəhbəri Mark Adams bildirib ki, ROK-un fəaliyyəti növbəti bildirişə qədər dayandırılıb:

“Bu qərar o deməkdir ki, ROK artıq Milli Olimpiya Komitəsi kimi fəaliyyət göstərə və olimpiya hərəkatından maliyyə dəstəyi ala bilməz”.

Qeyd edək ki, “Donetsk Xalq Respublikası", "Luqansk Xalq Respublikası”, Zaporojye və Xerson vilayətlərinin Olimpiya Şuraları oktyabrın 5-də Rusiya Olimpiya Komitəsinin üzvü olub.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam