Redaktor seçimi
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
Günün xəbəri

Daha bir klubumuzda prezident vəzifəsi ləğv olunur

 

Yaxın zamanlarda "Sumqayıt" futbol klubunda struktur dəyişikliyi baş verəcək.

 

"Xeberinfo.com":   Məlumata görə, AFFA-nın baş katibi Elxan Məmmədovun verdiyi açıqlamaya görə, klubda prezident vəzifəsi Müşahidə Şurası formatında fəaliyyət göstərən digər klublardakı kimi, icraçı direktorla əvəzlənəcək:

 

"Mən bu məsələni klub rəhbərliyi ilə müzakirə etmişəm. İlin sonunda Ədliyyə Nazirliyində Əsasnaməni dəyişməlidirlər. Ona uyğun da sistem dəyişəcək. Müşahidə Şurası, sədr və icraçı direktor olacaq".

 

E.Məmmədov Sumqayıt şəhər icra hakimiyyəti başçısı vəzifəsində baş vermiş dəyişikliyin kluba hər hansı təsir ehtimallarına da münasibət bildirib. Baş katib bu məsələnin yeni rəhbərlikdən asılı olduğunu söyləyib:

 

"İcra başçısının müavini Elgin Həbibullayev "Sumqayıt"ın Müşahidə Şurasında yer alır. Təbii ki, icra başçıları futbola böyük həvəslə yanaşsalar, həmin bölgədə futbol tez inkişaf edər".

 

Qeyd edək ki, hazırda "Sumqayıt"ın prezidenti vəzifəsində Kamran Quliyev çalışır.

 

Publika.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam