Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

4 boksçumuz Avropa birinciliyinə qələbə ilə başladı

 Rumıniyanın Ployeşti şəhərində yeniyetmə oğlan və qız boksçular arasında Avropa birinciliyi start götürüb. 

Yenixeber.org: Federasiyadan verilən məlumata görə, 32 ölkədən 378 (260 oğlan, 118 qız) idmançının qatıldığı yarışın ilk günündə Azərbaycan millisinin 4 üzvü rinqdən qalib ayrılıb. 

48 kq çəkidə Zidan Hümbətov Nikolos Şarabidze (Gürcüstan) ilə üz-üzə gəlib və rəqibini 5:0 (30:27, 30:26, 30:26, 30:27, 30:27) hesabı ilə məğlub edib. O, 1/8 finalda yunanıstanlı Angelos Karaitislə münasibətinə aydınlıq gətirəcək. Döyüş iyulun 25-də olacaq. 

Sübhan Babayevin (50 kq) də Avropa birinciliyində debütü uğurlu alınıb. O, Ahmet Yılmaz (Türkiyə) üzərində 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qələbə qazanıb. Boksçumuz iyulun 22-də 1/8 finalda Maksim Çekini (Ukrayna) sınağa çəkəcək. 

Orucəli Cavadzadə (57 kq) Ognjen Antiçi (Serbiya) mübarizədən kənarlaşdırıb. Rəqibini 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edən idmançı 1/8 finalda Adam Maka (İngiltərə) ilə görüşəcək. Döyüş iyulun 24-də olacaq. 

Cəmilə Sultanlı (48 kq) da ilk duelindən qalib ayrılıb. O, Melissa Talpasdan (Macarıstan) üstün olub - 5:0 (30:27, 29:28, 30:27, 29:28, 29:28). Təmsilçimiz 1/4 finalda ukraynalı Yuliana Ovsepyanla qarşılaşacaq. Görüş iyulun 25-də baş tutacaq. 

Onlardan fərqli, Bilalhəbəşi Nəzərov (46 kq), Eldar Abdullazadə (52 kq) və Əli Məmişov (70 kq) yarışla vidalaşıb. 

Qeyd edək ki, Avropa birinciliyində final qarşılaşmaları iyulun 30-da olacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam