Redaktor seçimi
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Günün xəbəri

Taekvondoçularımız Türkiyədə 8 medal qazanıb-FOTOLAR

Ankarada taekvondo üzrə açıq Türkiyə çempionatı start götürüb. 

Yenixeber.org:  Yarışın ilk günündə dayanq üzərinə yeniyetmə idmançılar çıxıb. 

Çempionatın startı millimiz üçün uğurlu alınıb. Baş məşqçi Rəşad Məmmədov və böyük məşqçi Vurğun Cəfərovun komandasında finala çıxan 4 idmançının hər biri qalib adına yiyələnib. Boyu 156 sm-dək olan taekvondoçuların mübarizəsində oğlanlar arasında İlyas Hətəmli, qızlar arasında Humay Dadaşova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bütün rəqiblərini məğlub edən Şəms Əlizadə (160 sm) və Tamerlan Yaqubov (180 sm) da Ankarada Azərbaycan himnini səsləndirib. 

Digər taekvondoçularımızdan Xəzər Həmidov (152 sm), Novruz Əliyev (160 sm), Nülufər Borji (168 sm) və Fatimə Həsənova (172 sm) isə turniri bürünc medalla bitiriblər. 

Qeyd edək ki, iyulun 9-da başa çatacaq G-2 kateqoriyalı çempionatda gənc taekvondoçulardan ibarət Azərbaycan millisi də gücünü yoxlayacaq.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam