Redaktor seçimi
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Günün xəbəri

III Avropa Oyunları başa çatıb

Polşanın Krakov şəhərində keçirilən III Avropa Oyunları başa çatıb.

Yenixeber.org: Yarışın bağlanış mərasimi “Henik Reyman” stadionunda baş tutub.

Mərasimdə Polşa və bəzi Avropa ölkələrinin rəhbər şəxsləri, Beynəlxalq və Avropa Olimpiya Komitələrinin rəsmiləri iştirak ediblər.

Mərasim Polşanın Dövlət Himni ilə başlanıb. Ardınca iştirakçı ölkələrin bayraqları arenaya gətirilib. Azərbaycanın bayraqdarı Krakov-2023-də boks yarışında gümüş medal qazanan Məhəmməd Abdullayev olub.

Daha sonra bədii hissə çərçivəsində müxtəlif rəqs kompozisiyaları nümayiş etdirilib. Yerli ifaçılar mahnılar səsləndiriblər. Onlar arasında Viki Qabor, Sara Ceyms və Di-Cey Qromi də yer alıb.

Tədbirdə bayrağın növbəti Oyunların ev sahibinə ötürülmə mərasimi olmayıb. Buna 2027-ci ildəki yarışın harada keçiriləcəyinin dəqiqləşməməsidir. Tədbir zamanı Avropa Olimpiya Komitələrinin bayrağı sadəcə endirilib.

Çıxışlarda yarışın yüksək səviyyədə keçməsindən, Avropa ölkələri arasında dostluğa təsirindən danışılıb.

İyunun 21-də açılış mərasimi keçirilən və 12 gün Avropanın diqqət mərkəzində olan yarışın Sülh məşəli də söndürülüb.

Qeyd edək ki, 48 ölkədən 7000-ə yaxın idmançının çıxış etdiyi yarışlarda Azərbaycan yığması da təmsil olunub. Polşaya 101 idmançı ilə yollanan millimiz 11 medal qazanıb. Bunun 3-ü qızıl, 2-si gümüş və 6-sı bürünc əyarlıdır. Komandamız ümumi hesabda isə 24-cü yeri tutub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam